Aşağı faizli ipoteka kreditləri artıq Ziraat Bank Azərbaycanda!
(®) Müştəri məmnuniyyətinə hər zaman böyük önəm verən Ziraat Bank Azərbaycan, məhsul çeşidini genişləndirərək Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət fondu (ARİKZF) ilə əməkdaşlığı çərçivəsində fondun vəsaiti hesabına aşağı faizli ipoteka kreditlərinin verilməsinə başlamışdır.
Bank tərəfindən təqdim edilən məlumata əsasən müştərilərə adi və güzəştli ipoteka kreditləri təqdim edilir. Adi ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN, minimal faiz dərəcəsi isə 7% təşkil edir.
Güzəştli ipoteka kreditindən isə güzəştli kateqoriyaya aid olan şəxslər faydalana bilər. Güzəştli ipoteka kreditlərinin şamil olunduğu vətəndaşlar haqqında ətraflı məlumatı http://mcgf.gov.az/menu/46 əladə edə bilərsiniz. Belə ki, sözügedən güzəştli kateqoriyaya aid şəxslər 3,7%-dən başlayaraq maksimal 100 000 AZN məbləğində güzəştli ipoteka kreditindən faydalana bilərlər.
Ziraat Bank Azərbaycan ilə ipoteka krediti əldə etmək istəyən şəxslər, Elektron Hökumət portalında Fondun müvafiq sistemində qeydiyyatdan keçdikdən sonra, sistem tərəfindən onlara verilən aktivasiya kodu ilə bankın Azadlıq, Əhməd Rəcəbli, Sumqayıt və ya Gəncə filialına yaxınlaşaraq müraciətlərini aktivləşdirə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























