"Putin və Zelenskinin görüşünə heç bir əngəl yoxdur"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.
Marja mətbuat konfransından mühüm məqamları təqdim edir.
Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması kursunu alqışlayır, - Lavrov deyib.
Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara Belarus platformasında Rusiya-Ukrayna danışıqlarını dəstəkləyir.
Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyyəsi ilə bağlı köməyə görə Rusiya tərəfinə minnətdardır, - Çavuşoğlu bildirib.
Türkiyə humanitar problemləri həll etmək üçün Ukraynada tezliklə atəşkəs əldə etməyə çağırır.
Lavrov türkiyəli həmkarı ilə Putin və Zelenski arasında görüş ehtimalını müzakirə etmədiyini deyib.
Sergey Lavrov: "Putin və Zelenskinin görüşünə heç bir əngəl yoxdur"
Türkiyə xarici işlər naziri bildirib ki, Putin və Zelenski arasında görüşə ev sahibliyi etməyə hazırdır.
Lavrov bildirib ki, Rusiya Ukrayna tərəfi ilə yalnız problemlərin həllində konkret nəticələrə gətirib çıxaracaq görüşlər üzrə danışıqlar aparacaq.
Moskva Rusiya Federasiyası, Ukrayna və Türkiyə XİN rəhbərləri arasında üçtərəfli formatda ünsiyyəti davam etdirməyə hazırdır, Lavrov bildirib.
Türkiyənin xarici işlər naziri bildirib ki, daha 200-ə yaxın Türkiyə vətəndaşı Ukraynanın müxtəlif şəhərlərindədir, 15 mindən çoxu təxliyə edilib.
Lavrov qeyd edib ki, Rusiya və Türkiyə tez-tez görüşməli və beynəlxalq məsələlərlə bağlı qeydləri müqayisə etməlidir.
Ankara Ukraynadakı vəziyyətə konstruktiv yanaşmaya sadiqdir və Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayıb, - Lavrov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 20 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























