Azərbaycanın iri maliyyə qrupu audit hesabatını açıqladı - 140 milyon manata yaxın xalis mənfəət
“ABB” ASC 31 dekabr 2021-ci il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarını dərc edib.
“Marja.az” hesabatlara istinadən xəbər verir ki, ABB Qrupu 2021-ci ili 139 milyon 592 min manat xalis mənfəətlə başa vurub. Qrup 2020-ci ili 178 milyon 956 min manat xalis mənfəətlə bağlamışdı.
Hesabatda 2021-ci ilin maliyyə hesabatında Bankın avrobondları vaxtından əvvəl geri alışı ilə əlaqədar 71 milyon 517 min manat birdəfəlik zərər (2020-ci il 2 milyon 500 min manat) açıqlanıb. Bankdan verilən məlumata görə, qeyd olunan zərər Bankın özü tərəfindən xarici bazarda emissiya edilmiş avrobondların bir hissəsinin vaxtından əvvəl geri alışı ilə bağlıdır. Qeyd olunmalıdır ki, bu əməliyyat nəticəsində real pul axını itkisi mövcud deyil (uçot ilə bağlıdır) və əməliyyat bankın güclü likvidlik mövqeyinin olduğunu bir daha göstərir. Qeyd olunan əməliyyat nəticəsində buraxılmış borc qiymətli kağızları üzrə öhdəliklər 762 milyon 236 min manat azalıb. Bankın faiz xərclərinə il ərzində 27 milyon manata yaxın qənaət edilib. Qeyd olunan birdəfəlik əməliyyatın nəticəsi müqayisə olunan illər üzrə istisna edilərsə, Bankın 2021-ci və 2020 illərdə vergidən əvvəl xalis mənfəəti müvafiq olaraq 254 milyon 591 min manat və 245 milyon 464 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 10 milyon manata yaxın artım deməkdir.
2020-ci illə müqayisədə 2021-ci ildə ABB qrupunun faiz, qiymətli kağızlara investisiyalar üzrə, haqq və komissiya gəlirləri artıb
GƏLİRLƏRİ ARTIB
Ötən il ABB-nin kreditlər üzrə faiz gəlirləri 2,1% artaraq 297 milyon 204 min manat, qiymətli kağızlara investisiyalardan gəlirləri 2,2 dəfə artaraq 39 milyon 809 min manat, haqq və komissiya gəlirləri 1,5% artaraq 83 milyon 450 min manat təşkil edib. 2020-ci ildə müştərilərə verilmiş kreditlər üzrə hesablanmış faiz gəlirlərində BMHS tələbləri əsasında tanınmış 28 milyon manat birdəfəlik faiz gəliri mövcud olub. Qeyd olunan əməliyyatın xüsusiyyəti nəzərə alınmaqla istisna edilərsə, 2021-ci ildə müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirində ötən illə müqayisədə 34 milyon 264 min manat və ya 13% artım qeydə alınıb. Ümumilikdə, bankın faiz gəlirləri 441,9 milyon manat olub.
Eyni zamanda, 2020-ci illə müqayisədə 2021-ci ildə ABB-nin əməliyyat xərcləri 40 milyon 737 min manat və ya 23% artaraq 217 milyon 996 min manat təşkil edib. Həmçinin, hesabat ilində Bankın kreditlər üzrə ehtiyat xərci ötən illə müqayisədə 28 milyon 424 min manat azalaraq 8 milyon 238 min manat ehtiyatdan geriqayıtma ilə əvəz olunub.
BANK BÖYÜYÜB
Bankın aktivləri 27%, kredit portfeli 23% artıb. Belə ki, 31 dekabr 2021-ci il tarixində ABB Qrupu 11 milyard 753 milyon 259 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 958 milyon 768 min manat cəmi kredit portfelinə malik olub. Qrup 2020-ci ilin sonunda 9 milyard 204 milyon 782 min manat cəmi aktivlərə, o cümlədən 2 milyard 397 milyon 18 min manat cəmi kredit portfelinə malik idi.
BANKDA YÜKSƏK LİKVİDLİK MÖVCUDDUR
Ötən ilin sonunda ABB-nin 11 milyard 753 milyon 259 min manatlıq cəmi aktivlərinin 58%-ni və ya 6 milyard 837 milyon 554 min manatını nağd pul vəsaitləri və ekvivalentləri təşkil edib. 2020-ci ilin sonunda bu nisbət 27% və ya 2 milyard 504 milyon 501 min manat idi. 2021-ci ildə Bankda nağd pul vəsaitləri və ekvivalentləri 4 milyard 333 milyon 53 min manat artıb. Artımın əsas səbəbi müştərilərin hesab qalıqlarının artması ilə bağlıdır.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALAR 1 MİLYARD MANATI AŞIB
2020-ci illə müqayisədə 2021-ci ildə ABB Qrupunun qiymətli kağızlara investisiyaları 22% artaraq 1 milyard 81 milyon 36 min manata yüksəlib. Ötən il müştərilərin hesab qalıqları isə 3 milyard 235 milyon 635 min manat və ya 59% artaraq 8 milyard 696 milyon 591 min manata çatıb.
Ötən ilin sonunda ABB-nin 1 milyard 241 milyon 287 min manat nizamnamə kapitalının 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkedit” QSC-ə, 4,61%-i digər şəxslərə məxsus olub.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)









