"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 4 dəfədən çox artıb
Bankın xalis mənfəəti ötən ilin ilk rübü ilə müqayisədə 4 dəfədən çox artaraq 2 milyon manatı keçib.Türkiyənin dövlət bankı "Ziraat Bankası"nın Azərbaycandakı törəməsi "Ziraat Bank Azərbaycan" ASC 2022-ci 1-ci rübünü 2 milyon 50,5 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 492,5 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 4,2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ilin ilk rübündə "Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 5 milyon 579 min manat ikən, 2022-ci ilin ilk rübündə 7 milyon 141 min manat təşkil edib (1 milyon 563 min manat və ya 28% artıb). Qeyri-faiz gəlirləri isə 1 milyon 552 min manatdan 3 milyon 87 min manata yüksəlib (1 milyon 535 min manat və ya 2 dəfə artıb).
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-mart dövründə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 10 milyon 228 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 6 milyon 404 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 3 milyon 824 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 773 min manat ayırıb. Beləliklə, Bank ilk rübü 2 milyon 50,5 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə "Ziraat Bank Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 7 milyon 131 min manat, cəmi əməliyyat xərclərin 5 milyon 646 min manat, əməliyyat mənfəəti 1 milyon 489 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 992,3 min manat ehtiyata ayırdığından həmin dövrü 492,5 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə cari ilin ilk 3 ayında "Ziraat Bank Azərbaycan" tərəfindən müştərilərə verilən cəmi kreditlər (kredit portfeli) 33 milyon 408 min manat və ya 14,4% artaraq 31 Mart 2022-ci il tarixində 264 milyon 620 min manata çatıb. Bankın qiymətli kağızlara investisiyaları 27% artaraq 42 milyon 863 min manata yüksəlib. Nəticədə "Ziraat Bank Azərbaycan" cəmi aktivləri isə 388 milyon 76 min manatdan 449 milyon 370 min manata qalxıb (61 milyon 299 min manat və ya 15,8% artıb).
31 Dekabr 2021-ci il tarixi ilə müqayisədə 2022-ci ilin yanvar-mart dövründə "Ziraat Bank Azərbaycan"da depozitlər 37 milyon 687 min manat və ya 18% artaraq 31 Mart 2022-ci il tarixində 247 milyon 832 min manata çatıb.
MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINLAŞIR
31 Mart 2022-ci il tarixində "Ziraat Bank Azərbaycan" 96 milyon 645 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 71 milyon 62 min manat məcmu kapitala malik idi.
2022-ci ilin ilk rübündə "Ziraat Bank Azərbaycan"ın nizamnamə kapitalı 15 milyon 500 min manat artırılaraq 65 milyon 500 min manata çatdırılıb.
XXX
Ziraat Bank Azərbaycan müştərilərinin etimadını qazanmağa davam edir.
Ziraat Bank Azərbaycan 2022-ci ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, kredit portfelində və cəlb edilmiş əmanətlərdə əhəmiyyətli artım müşahidə edilmişdir. Belə ki, ötən ilin sonu ilə müqayisədəkredit portfelində 14.45%, əmanət portfelində isə 17.93 % artım müşahidə edilmişdir.
Ziraat Bank Azərbaycanın aktivləri də ötən ilin sonu ilə müqayisədə 15.8% artaraq 449 milyon 370 min manata yüksəlmişdir. Bankın cəmi kapitalı isə ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 101 milyon manatı keçmişdir.
Təqdim edilən maliyyə nəticələrinə əsasən Bankın xalis mənfəəti ötən ilin 1-ci rübü ilə müqayisədə 4 dəfədən çox artaraq 2 milyon manatı keçmişdir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Nüfuzlu “Global Finance” nəşrinin bu ilki araşıdırmalarına görə Azərbaycanda Ticarətin Maliyyələşdirilməsi sahəsində ən yaxşı xidmət təqdim edən bank mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 6 saat sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
7 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
8 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
8 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
8 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
8 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)






.jpg)






