McDonald's Rusiya və Ukraynada işlərin dayandırılması səbəbindən 127 milyon dollar zərər etdiyini açıqladı
Amerikanın McDonald's korporasiyasının Rusiya və Ukraynada işlərinin dayandırılması nəticəsində itkiləri 127 milyon dollar təşkil edib.
Marja.az xəbər verir ki, ümumi itkilərin 27 milyon dolları kirayə haqqı, xidmətlər və işçilərin əmək haqları, qalan 100 milyon dolları isə fast food restoranlarının bağlanması səbəbindən xarab ola biləcək məhsulların silinməsidir.
McDonald's əvvəllər Ukraynada restoranların fəaliyyətinin dayandırılmasının nəticələrini nəzərə almadan Rusiyanı tərk etməsi nəticəsində hər ay təxminən 50 milyon dollar itirəcəyini proqnozlaşdırmışdı. Fast food şəbəkəsi Ukraynada fevralın 24-də, Rusiyada isə martın 14-də fəaliyyətini dayandırıb.
Hesabatda bu iki ölkədə işlərin bərpası vaxtı ilə bağlı proqnozlar verilmir.
Korporasiyanın prezidenti Kris Kempzinskinin qeyd edib ki, McDonald's rəhbərliyi vəziyyəti müntəzəm olaraq təhlil edir və növbəti rübün sonundan (iyun 2022) gec olmayaraq səhmdarlara iş perspektivlərinin qiymətləndirilməsini təqdim edəcəyini ümid edir.
Ümumiyyətlə, McDonald's mütəxəssislərin gözlədiyindən daha müsbət nəticələr göstərib. Rüb ərzində ümumi gəlir 11% artaraq 5,66 milyard dollar təşkil edib.Cümə axşamı Nyu-York Fond Birjasında korporasiyanın səhmləri 3%-dən çox bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
26 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
34 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Qızıl və gümüş daha da bahalaşdı
Ən çox oxunanlar
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB


























