Volkswagen və BP 8000 enerji doldurma məntəqəsi quraşdıracaq
Volkswagen qrupu ilə Böyük Britaniyanın neft və qaz şirkəti BP 2024-cü ilin sonuna qədər Avropada 8000 yeni elektrik enerjisi doldurma məntəqəsi quraşdıracaq. Almaniyanın avtomobil nəhəngi 2030-cu ilə qədər satışlarının 70 faizinin elektrikli avtomobillərdən ibarət olacağını gözləyir.
Volkswagen (VW) qrupu ilə BP 2024-cü ilin sonuna kimi Almaniya, Böyük Britaniya və bəzi Avropa ölkələrində 8000 yeni enerji doldurma məntəqəsi quraşdıracaq. İki şirkətin layihəsi elektromobillərə keçidi asanlaşdırmaq məqsədi daşıyır.
Marja.az xəbər verir ki, yeni enerji doldurma cihazlarının yerləri həm VW qrup avtomobillərində (Seat və Skoda daxil olmaqla), həm də avtomobildaxili proqramlar vasitəsilə əldə ediləcək. BP-nin artan enerji doldurma şəbəkəsi Volkswagen, Skoda və Seat-ın avtomobilin idarə panellərinə inteqrasiya olunacaq. Bununla da sürücülər çox qısa müddətdə BP-də ən yaxın enerji doldurma məntəqəsini tapa biləcəklər.
BP və Volkswagen Group tərəfindən həyata keçirilən ilk enerji doldurma qurğusu Almaniyanın Düsseldorf şəhərində xidmət göstərməyə başlayıb. 24 ay ərzində Almaniya və Böyük Britaniyada 4000-ə qədər elektrik avtomobili doldurma məntəqəsinin olması planlaşdırılır. Bu əməkdaşlıq iki şirkətə ekoloji cəhətdən təmiz nəqliyyatda daha çox investisiya imkanlarını araşdırmaq imkanı verir.
VW elektrikləşdirmə planlarını sürətləndirdikcə, 2030-cu ilə qədər satışlarının 70 faizinin elektrikli avtomobillərdən olacağını gözləyir. Artan müştəri tələbi ilə əlaqədar olaraq, elektrik enerjisilə hərəkət edən avtomobil istehsalçıları geniş enerji doldurma şəbəkəsinə ehtiyac duyurlar.
BP neft-qaz nəhəngi kimi reputasiyasını “inteqrasiya edilmiş enerji şirkəti”nə çevrilmək lehinə dəyişməyə çalışır. Bu birgə sərmayə BP-yə yanacaqdoldurma məntəqələrini elektrik enerjisisi doldurma stansiyalarına çevirməyə kömək edəcək.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
-
2 saat əvvəl
Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq
-
2 saat əvvəl
BYD, 2025-ci ildə ixracın ümumi satışlarının 20 faizini təşkil edəcəyini gözləyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar

Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ

Azərbaycanda kredit kartlarının sayı isə 7% azalıb

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib

Metro və avtobuslarda gediş haqqları artırıldı
