FED faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankı (FED) may ayında keçirdiyi iclasda gözlənildiyi kimi pul siyasəti faizini 0,50 bənd artırıb. Bu, 2000-ci ildən bəri ən yüksək artımdır. İyunun 1-dən etibarən balansın ayda 47,5 milyard dollar, qarşıdakı 3 ayda isə 95 milyard dollar azalacağı bildirilib. FED-in açıqlamasında “İnflyasiya risklərinə qarşı çox ehtiyatlıyıq” ifadəsi yer alıb.
ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözlənildiyi kimi, Fed faizlərini 0,50 bənd artıraraq 0,75%-1.00% aralığına yüksəldib. Faizin artırılması qərarı FED-in bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Fed faizlərini bu ilin mart ayında 0,25 bənd artırılaraq 0,25%-0,50% aralığına çatdırmışdı.
FED son 40 ildə pik həddinə çatan inflyasiya ilə mübarizə üçün 2000-ci ildən bəri ən aqressiv (ən böyük) şəkildə faiz artırıb. Həmçinin Bank 2018-ci ildən bəri ikinci dəfə faiz dərəcələrini artırıb.
Faiz dərəcələrini bazar gözləntiləri istiqamətində artıran FED, iyun ayında balansını azaltmağa başlayacağını da açıqlayıb.
Fed ilkin olaraq balansın azaldılmasına 30 milyard dollarlıq dövlət qiymətli kağızları və 17,5 milyard dollarlıq ipoteka qiymətli kağızları ilə başlayacaq. FED: İlk 3 aydan sonra balansın azaldılmasının aylıq məbləğini dövlət istiqrazları üzrə 60 milyard dollara və ipoteka ilə təmin edilmiş qiymətli kağızlar üzrə 35 milyard dollara qədər artıracaq.
FED açıqlamasında inflyasiya risklərinə qarşı çox diqqətli olduğu qeyd edib.
"Biz inflyasiyanın 2 faiz hədəfinə qayıdacağını və müvafiq pul siyasətinin sərtləşdirilməsilə əmək bazarının güclü qalacağını gözləyirik", - FED bildirib.
Fed açıqlamasında inflyasiya risklərinə qarşı diqqətli olduqları vurğulanıb. Çində davam edən pandemiya səbəbindən tədarük zəncirindəki problemlərin davam edəcəyi bildirilib. Rusiyanın Ukraynanı işğal etməsi və bununla bağlı baş verən hadisələrin inflyasiya üzərində yüksəliş təzyiqi yaratdığı və iqtisadi aktivliyə mənfi təsir göstərməyə davam edəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
32 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
-
48 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 59 d. əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
Ən çox oxunanlar

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
