Azərbaycanda "doğulan", ABŞ-da investorlardan sərmayə cəlb edən məhsulun satışına başlanıldı
"Bugün Azərbaycan startap ekosistemi üçün önəmli gün olduğunu Sizinlə fəxrlə bölüşmək istəyirəm!"Qurucusu azərbaycanlı olan ABŞ şirkəti “Technovate İnvestments”in sərmayə yatırdığı “Smart Spinal Solutions” şirkətinin “Lia” (www.wearlia.com) məhsulunun məşhur “İndieGogo” platformasında satışına başlanılıb.
Marja xəbər verir ki, bu barədə “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadə öz Linkedİn səhifəsində məlumat paylaşıb.
"Bugün Azərbaycan startap ekosistemi üçün önəmli gün olduğunu Sizinlə fəxrlə bölüşmək istəyirəm! Belə ki, ideyası 2015-ci ildə Azərbaycanda doğulan, 2020-ci ildə isə ABŞ-da investorlardan 450 min dollar sərmayə cəlb edən "Smart Spinal Solutions Inc"ın məhsulu ABŞ-da məşhur "pre-ordering" (öncədən sifariş) platforması “İndieGogo”da satışa çıxdı!", -Fərid İsmayılzadə bildirib.
O, məhsulun satış linkini də paylaşıb: https://lnkd.in/ebCZre-E
Fərid İsmayılzadə, "Bildiyimə görə, bu, ilk belə haldır. Sizlərdən kampaniyamıza dəstək olmağınızı xahiş edirəm" qeyd edərək bunu necə etməyin yollarını da göstərib:
1. Linkdəkı sayta daxil olaraq məhsulu sifariş edərək
2. Linkdən donation edərək
3. Bu linki maksimum şəbəkənizdə paylaşaraq.
"Xahiş edirəm nəzərə alın ki, biz orda qeyd edilmiş 10 min dollarlıq hədəfə ilk 3 gündə nail olmaq istəyirik. Ona görə də xahiş edirəm, dəstəyinizi ən qısa zamanda göstərəsiniz. Məshulu Azərbaycandan əldə etmək istəyənlər sifariş zamanı camex.az tipli karqo şirkətlərinin adresini yazsın. Hər kəsə indidən təşəkkürlər və hamımıza uğurlar!"
Qeyd edək ki, “Lia” adlı məhsul insanlarda düzgün qamətin yaranmasına xidmət edir. Bazardakı bütün məhsullardan fərqli olaraq, bu məhsul süni intellekt vasitəsilə istifadəçinin qamət probemlenin diaqnozunu qoyur və bundan sonra ona özəl proqram ilə problemin aradan qalxmasına və düzgün qamət vərdişinin yaranmasına kömək edir.
ABŞ-ın “Smart Spinal Solutions” şirkətinin əsas səhmdarları Arif Mövsümzadə və “Technovate İnvestments” şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)








