Bank iqtisadiyyat və maliyyə üzrə təhsil almış gəncləri təcrübə proqramına və işləməyə dəvət edir
Muğanbank təcrübə proqramı və vakansiya elan edir“Muğanbank” ASC kiçik və orta biznes kreditləri üzrə gələcək karyerasını qurmaq istəyən gənclər üçün təcrübə proqramı, həmçinin kiçik mütəxəssis vakansiyasını elan edir.
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə üzrə ali təhsil almış gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Tələblər:
-Yaş: 22-28 ;
-Riyazi biliklər;
-Məntiqi və analitik düşünmə qabiliyyəti;
-Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir);
-Ünsiyyət və təqdimat bacarığı;
-Təcrübə proqramını müvəffəqiyyətlə başa vuran namizədlər işlə təmin olunacaq.
Təcrübə Bakı filiallarını əhatə edəcək.
Təcrübə proqramı həftədə beş dəfə olmaqla tam iş gününü əhatə edir (saat 9:00-18:00). Proqrama qoşulmaq istəyənlərdən 15.06.2022-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV göndərmələri xahiş olunur.
Vakansiya
Kateqoriya: Kiçik və orta biznes kreditləri üzrə kiçik mütəxəssis
Əmək haqqı: Müsahibə əsasında
Şəhər: Bakı
Yaş: 25-35
E-mail: [email protected]
Əlaqə: 933 (1219) – Süleymanov Ceyhun
Bitmə tarixi: İyun 15, 2022
Öhdəliklər
-Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
-Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
-Bank məhsullarının satışı üzrə müəyyən olunan hədəfi yerinə yetirmək;
-Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi.
İş qrafiki: 5 gün, 2 gün istirahət günü
İş saatı: 09:00-dan 18:00-dək
Şənbə, bazar günü istirahət
Tələblər:
-Ən az - 1 il iş stajı;
-Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas) ;
-MS Office (Word, Excel) proqramları üzrə biliklər;
-Əla ünsiyyət bacarığı ;
-Məsuliyyətlilik və dəqiqlik;
-Komandada işləmək bacarığı.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
12 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq





















