Qlobal kənd təsərrüfatı məhsulları qiymətləri rekord həddə çatıb
Dünya “buğda müharibəsi” konsepsiyasını müzakirə edərkən, qlobal kənd təsərrüfatı məhsulları qiymətlərində artım tempi davam edir. Bloomberg Kənd Təsərrüfatı İndeksi rekord həddə çatıb.Rusiya-Ukrayna müharibəsi ilə başlayan kənd təsərrüfatı qiymətlərindəki artım Hindistanın buğda ixracına qadağa qoyması qərarı ilə daha da sürətlənib.
Marja.az xəbər verir ki, kənd təsərrüfatı əmtəələrndə qiymət hərəkətlərini izləyən Bloomberg Kənd Təsərrüfatı İndeksi rekord səviyyəyə yüksəlib. Pandemiyadan əvvəl 225 bənd olan Bloomberg Kənd Təsərrüfatı İndeksi 524 bəndi keçərək rekord qırıb.
Buğda fyuçersləri də son iki ayın ən yüksək səviyyəsinə çatıb.
Hindistanın qərarından sonra bir-birinin ardınca ərzaq böhranı ilə bağlı xəbərdarlıqlar edilir. Ən sərt xəbərdarlıqlardan biri İngiltərə Bankının qubernatoru Endryu Beyli tərəfindən verilib
Bailey, artan ərzaq xərclərinin yoxsullar və qlobal iqtisadiyyat üçün "fəlakətli" nəticələrə səbəb ola biləcəyini söyləyib.
Beyli, hökumətləri Rusiyanın blokadası səbəbindən dünya ticarətinə daxil edilə bilməyən Ukraynada məhsulu azad etmək üçün lazım olan hər şeyi etməyə çağırıb.
Beyli əlavə edib ki, onlar qiymətlərin "uçmasına" səbəb olan bir sıra şokları gözləmirdilər.
Ukraynada milyonlarla ton taxıl ehtiyatı blokadaya görə ixrac oluna bilmir
Azov dənizi və Qara dənizdəki bir çox limanın Rusiyanın blokadasında olması və ya zədələnməsi, sığortanın olmaması, daşıma xərclərinin yüksək olması və bəzi gəmilərin müharibə bölgəsinə doğru marşrutlardan istifadə etməyə üstünlük verməməsi ixraca mane olur. Ukraynanın anbarlarında təxminən 40 milyon ton taxıl var.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hazırda Ukraynanın Qara və Azov dənizlərindəki limanlarında infrastruktur çətinlikləri və Rusiyanın blokadası səbəbindən təxminən 25 milyon ton taxıl saxlanılır.
Normal vaxtlarda 95%-ini dəniz yolu ilə ixrac edən Ukrayna, Mariupol, Xerson və Berdyansk kimi bəzi limanlarının Rusiyanın nəzarətində olması və bəzilərinə ciddi ziyan vurduğu üçün ixracda çətinlik çəkir.
Ukraynada buğda yığımının bu il 18,2 milyon tona düşəcəyi gözlənilir.
Əsrlər boyu mühüm buğda istehsalçısı olan və eyni zamanda Avropanın “çörək səbəti” adlandırılan Ukrayna, dünyanın 5-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir.
Rusiya-Ukrayna müharibəsi ilə vüsət alan buğda qiymətlərindəki artımın xüsusilə Asiya və Afrikada buğda idxal edən ölkələrin xərclərini artırdığı və nəticələrin ağır olduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2020-ci ildə Livanda istehlak edilən bütün buğdanın təxminən 50 faizi, Yəməndə 22 faizi, Liviyada isə 43 faizi Ukraynadan idxal edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
23 d. əvvəl
Ermənistan Naxçıvanla sərhəddə gömrük və sərhəd terminalları inşa etmək niyyətindədir
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
2 saat əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bank Gəncə filialı üçün mebel alır - TENDER
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir
Azərbaycanda külək və günəş enerjisi istehsalı artıb - 2025-ci ildə elektrik enerjisinin istehsalı göstəriciləri açıqlandı
Ən çox oxunanlar
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
ABŞ 2025-ci il üçün neft qiyməti proqnozunu yüksəltdi
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb





















