PAŞA Holding tərəfindən karyera və inkişaf proqramı həyata keçirilib – FOTO/VİDEO

PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən Future shapers adlı karyera və inkişaf proqramı həyata keçirilib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, proqramın məqsədi tələbələr və yeni məzunlara PAŞA Holding-in baxışı, cari karyera və inkişaf imkanları, eləcə də Şirkətin strategiyasına uyğun olan yeni rollar barədə məlumat verməkdir.
“Bazar sürətlə inkişaf edir və bunun nəticəsi olaraq iri şirkətlərin strategiyaları da müasir tələblərə uyğunlaşdırılır. Hər iki prosesin nəticəsi olaraq isə əmək bazarında yeni rollar yaranır və bu rolların tələb etdiyi ferqli xarakterli bacarıqlara malik olan insan kapitalına ehtiyac artır. Hazırkı inkişaf və karyera proqramının məqsədi də tələbələr və yeni məzunlara həm şirkətimizin, missiyası, dəyərləri və strategiyası barədə məlumat vermək, həm də strategiyamıza uyğun rollar və bu rolların öhdəlikləri haqda danışmaqdır” – PAŞA Holding-in baş kommunikasiya mütəxəssisi Aytac Muxtarzadə bildirib.
Proqram çərçivəsində iştirakçılar, müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biliklər əldə etmək, eləcə də biznes simulasiyada iştirak etmək imkanı da qazana biləcəklər.
Qeyd edək ki, İnsan kapitalının gücləndirilməsi və inkişaf etdirilməsi PAŞA Holding-in əsas hədəflərindən biridir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
"Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"
-
- 9 d. əvvəl
- 13 d. əvvəl
- 23 d. əvvəl
-
40 d. əvvəl
Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
- 42 d. əvvəl
-
50 d. əvvəl
ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Neftçala Sənaye Məhəlləsi tam dolub"

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Mirzoyan: Ermənistan Azərbaycanla əlaqələrin qurulmasından əsas faydalanan tərəflərdən biridir
Ən çox oxunanlar

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
