Azərbaycan əhalisinin 6 faizi əlildir
“Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda bildirib.
Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir, əlilliyi olanların tibbi sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
İ. Rəhimov qeyd edib ki, Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub.
“Azərbaycanda 451 min ahıl var”
Azərbaycandakı ahıl şəxslərin sayı açıqlanıb.
İlqar Rəhimov bildirib ki, Azərbaycanda 451 min ahıl şəxs yaşayır.
Nazir müavini qeyd edib ki, ahıl şəxslər əhalinin çox az hissəsini – 4,6 faizini təşkil etsə də, ölkədə ahıl şəxslərin sayı artmaqdadır.
© APA
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
15 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
33 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Ən çox oxunanlar
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb























