“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
(®) Müştəri yönümlü strategiyasını davam etdirən “Nar”, 2022-ci ilin ilk rübü üçün müştəri xidmətlərinin göstəricilərini açıqlayıb. Aparılan hesablamalar göstərir ki, “Nar” müştəriləri balansın yoxlanılması, yeni tarifin aktivləşdirilməsi, internet paketinin seçilməsi kimi bir çox mühüm əməliyyatları saniyələr içində yerinə yetirən “Nar+” tətbiqinə üstünlük verir.
Belə ki, ötən illə müqayisədə “Nar+” tətbiqindən istifadə yarım milyon artaraq 6,6 milyon olub. Yaranan suallara operativ cavab almaq üçün isə abunəçilərin köməyinə tətbiq daxilindəki canlı çat gəlir. Hesabat dövründə abunəçilər sorğularına ilk 24 saniyə ərzində cavab alıblar.
“Nar” abunəçilərinin nömrə əməliyyatlarını daha çox tətbiq üzərindən aparması fonunda çağrı mərkəzlərinə zənglərin və “Nar” xidmət mərkəzlərinə ziyarətlərinin sayında azalma müşahidə olunur. 2022-ci ilin ilk üç ayı ərzində 777 Çağrı Mərkəzinə edilən zənglərin və Nar mərkəzlərinə ziyarətlərin sayı, eyni dərəcədə, 17% azalıb. Çağrı mərkəzinə daxil olan sorğuların 93%-i ilk zəngdən həllini tapıb. Ön masa ziyarətçilərinin isə 89%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















