VTB (Azərbaycan)-da yeni vakansiyalar
Bank VTB (Azərbaycan) ASC
Texniki dəstək şöbəsinin mütəxəssisi
Tələblər:
-ali texniki təhsil;
-profili üzrə ən azı 1 il iş təcrübəsi;
-OS Windows, ofis proqramlarının quraşdırılması və sazlanması;
-fərdi kompüterlərinin quruluşunu bilmək, bloklarının və qovşaqların dəyişdirilməsi üzrə təcrübə, drayverlərin quraşdırılması, surətçıxarma-çoxaltma maşınlarının quraşdırılması və işə salınması;
-əsas şəbəkə protokollarının iş prinsiplərini bilmək;
-kompüter texnikasının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması;
-Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilənlərə üstünlük verilir);
-sistemli düşüncə tərzi, analitik qabiliyyət, müxtəlif həcmli məlumatı strukturlaşdırmaq və təhlil etmək bacarığı.
Vəzifələr:
-İnsidentlərlə bağlı ərizələrin qəbulu, onların icrası. İstifadəçilərə operativ texniki dəstək göstərilməsi;
-insidentlərin həlli prosesində istifadəçilərlə qarşılıqlı əlaqəyə dəstək;
-fərdi kompüterlərin fasiləsiz işinin, onlara xidmət və təmirinin təmin olunması;
-çap və surətçıxarma-çoxaltma texnikasının fasiləsiz işinin təmin edilməsi.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Bank VTB (Azərbaycan) ASC
Tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi
Tələblər:
-ali texniki təhsil;
-Proqram təminatının işlənib hazırlanmasında ən azı 2 illik iş təcrübəsi;
-məlumat bazalarının yaradılması nəzəriyyəsinin əsaslarını, BD Oracle proqramı üzrə inzibatçılıq təcrübəsi;
-SQL, PL/SQL bilmək. XML ilə iş təcrübəsi;
-MS Office əlavələrinin proqramlaşdırma təcrübəsi və SWIFT, AZIPS, XOHKS ödəniş sistemləri ilə iş proqramı;
-Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilənlərə üstünlük verilir);
-sistemli düşüncə tərzi, analitik qabiliyyət, müxtəlif həcmli məlumatı strukturlaşdırmaq və təhlil etmək bacarığı;
-hədəfə istiqamətlənmə, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmə bacarığı.
Vəzifələr:
-internet bankinq sisteminin funksionalının, habelə avtomatlaşdırılmış bank sisteminin (ABS) dəstəklənməsi;
-ABS-in müxtəlif funksiyalarına səlahiyyətlərin, habelə ABS-in fəaliyyəti və onun digər proqram kompleksləri ilə inteqrasiyası hissəsində daxil etmənin, saxlanmanın, emalın və məlumat ötürülməsinin proqram vasitələrinin inzibatçılığı;
-ABS-in cari funksionalında tələb olunan tamamlanmaların icrası;
-biznes-tələblərin təhlili, texniki tapşırıqlarının tərtibində iştirak;
-PT-nin sınağı və istifadəçilərin təlimi.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























