Bakı Çin üçün mərkəz olacaq
“Azərbaycan Dəmir Yolları” QSC-də Çinin Ninqxia Kommersiya Departamentinin baş direktor müavini, Ninqxia Liman Ofisinin direktoru Konq Quohuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Şirkətdən verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək, Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, o cümlədən inşası bu il başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan tərəfi Çinin “Bir kəmər - bir yol” strategiyasının iki istiqamətindən biri olan və Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşmasına böyük töhfələr verə bilər. Azərbaycan ərazisindən keçən marşrutlar daha çox iqtisadi potensiala malikdir.
Sonra beynəlxalq yükdaşımalarının səmərəliliyinin artırılması və təşkili məsələsi müzakirə olunub.
K.Quohua Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməkdə maraqlı olduqlarını bildirib.
Görüş zamanı Ələtin coğrafi cəhətdən əlverişli mövqedə yerləşdiyi nəzərə alınaraq buranın Azərbaycan ərazisindən keçərək Çindən Avropaya, İrana və Rusiyaya, eləcə də əks istiqamətdə dövr edən yüklərin daşınmasında mərkəz kimi istifadə olunması istiqamətində gələcək perspektivlər müzakirə olunub.
Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC ilə Çinin Ninqxia Kommersiya Departamenti arasında gələcək əməkdaşlıq haqqında protokol imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















