Avrozona iqtisadiyyatı müharibəyə baxmayaraq gözləniləndən daha çox artıb
Avrozona iqtisadiyyatı 2022-ci ilin birinci rübündə proqnozları aşaraq 0,6 faiz artıb.
Avropa Statistika Xidmətinin məlumatına görə, yanvar-mart dövründə Avrozonada iqtisadi artım 0,3 faizdən 0,6 faizə yenilənib. İllik artım 5,4 faiz təşkil edib. Bu dövrdə məşğulluq 0,6 faiz artıb, istehlak isə 0,7 faiz azalıb.
19 üzvlü Avrozona, Covid-19 məhdudiyyətlərinin azaldılmasına baxmayaraq, Ukraynadakı müharibədən mənfi təsirlənir.
Qiymət artımları ev təsərrüfatlarına və şirkətlərə təzyiq göstərsə də, tələbatın güclənməsi və turizm mövsümünün açılması xidmət sektoruna müsbət təsir edir.
Avropa Mərkəzi Bankının bu həftəki iclasında stimullaşdırıcı tədbirləri geri götürəcəyi və iyul ayında faiz artımına işarə edəcəyi gözlənilir. 2 günlük iclasdan sonra bankın yeni iqtisadi proqnozlarını açıqlaması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
10 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















