Qlobal bazarlar Avropa Mərkəzi Bankının faiz qərarını gözləyir
Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) Bakı vaxtı ilə saat 15:45-də faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Avropa Mərkəzi Bankının faizlərini dəyişməyəcəyi gözlənilir. Lakin Bankın açıqlamasında və saat 16:30-da AMB sədri Kristin Laqardın keçirəcəyi mətbuat konfransında verəcəyi açıqlamalar diqqətlə izlənəcək. Avropa Mərkəzi Bankının iyul ayında faizi artıracağına işarə verəcəyi gözlənilir.
Hazırda AMB-nin əsas faizi 0,00%, depozit hesabı faizi -0,50%, marjinal borc dərəcəsi 0.25%-dir.
Qeyd edək ki, AMB sədri Kristin Laqard öz bloqunda Mərkəzi Bankın 21 iyul tarixində keçiriləcək toplantısından etibarən faiz artımlarına başlayacaqlarına və il sonuna kimi daha 2 dəfə faiz artımı reallaşdıracaqlarına dair paylaşım edib. Bu paylaşım avro və funta dəstək olur.
Bu gün Avropa Mərkəzi Bankının təviq proqramını da dayandıracağını bəyan edəcəyi gözlənilir.
Bazarlarda, Avrozonada inflyasiyanın yüksəlməsilə əlaqədar olaraq Avropa Mərkəzi Bankının faiz dərəcələrini iyul və sentyabr aylarında hər birində 0,50 bənd, oktyabr və dekabr aylarında isə 0,25 bənd artıracağı gözlənilir.
Avrozona inflyasiyası may ayında rekord 8,1 faizə çatıb və ECB-nin hədəfini 4 dəfə üstələyib.
Həmçinin bu gün keçiriləcək iclasdan sonra bankın yeni iqtisadi proqnozlarını açıqlayacaq. Ukraynadakı müharibə və Asiyada tədarük zəncirindəki problemlər səbəbindən bu il və gələn il üçün inflyasiya proqnozlarının yuxarıya, artım proqnozlarına isə aşağıya doğru yenidən baxılacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)







