Rusiya Mərkəzi Bankı faizini məzənnə böhranından əvvəlki səviyyəyə qaytardı
Ruiya Mərkəzi Bankının İdarə Heyətinin planlaşdırılmış iclasında əsas faiz dərəcəsini illik 9,5%-ə endirib. Fevral ayının sonunda fövqəladə artımdan sonra faiz dərəcəsi yenidən məzənnə böhranından əvvəlki səviyyələrə qayıdıb. Tənzimləyici inflyasiya proqnozunu da kəskin yaxşılaşdırıb
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-dən 9,5%-ə endirib.
Marja xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu, monetar siyasətin ardıcıl dördüncü yumşaldılmasıdır. Fevralın sonunda faizin rekord həddə - 20%-ə yüksəlməsindən sonra Rusiya Bankı dərəcəsini artıq üç dəfə aşağı salmışdı. İndi Mərkəzi Bankın uçot dərəcəsi böhrandan əvvəlki səviyyəyə qayıdıb. Fevral artımından əvvəl uçot dərəcəsi 9,5% idi.
Faizin endirilməsinin səbəbi qiymət artımının (inflyasiyanın) əhəmiyyətli dərəcədə yavaşlaması olub.
“İnflyasiya Rusiya Bankının aprel proqnozundan xeyli aşağı inkişaf edir. Son məlumatlar may və iyunun əvvəllərində istehlak qiymətlərinin aşağı cari artım templərini göstərir”, - Mərkəzi Bank qeyd edir.
Rosstat-ın məlumatlarına əsasən, mayın 28-dən iyunun 3-dək olan həftədə Rusiyada bir ayda ikinci dəfə deflyasiya qeydə alınıb - qiymətlər 0,01% azalıb. Bundan əvvəl deflyasiya - mayın 14-dən mayın 20-nə kimi olan həftədə qiymətlərin 0,02% ucuzlaşdığı müşahidə edilib. Mayın 26-da bu məlumatların dərcindən sonra Mərkəzi Bank əsas uçot dərəcəsini 14%-dən 11%-ə endirmişdi.
Mərkəzi Bank inflyasiya proqnozunu da yeniləyib: Tənzimləyicinin proqnozuna görə, inflyasiya 2022-ci ildə 14-17%-ə, 2023-cü ildə 5-7%-ə, 2024-cü ildə isə 4%-ə qayıdacaq. Son vaxtlara qədər tənzimləyici 2022-ci ildə qiymətlərin 18-23% artacağına inanırdı.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
31 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
40 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
-
56 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
2 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
Ən çox oxunanlar

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
