Bakıdakı bu binanın anbarında 102 ton qızıl külçələr saxlanılır, ötən il dəyəri 473 milyon manat azalıb
31 dekabr 2021-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) balansında 5 milyard 892,7 milyon dollar dəyərində 101 ton 801 kq (3 272 974,8 troya unsiyası) qızıl olub. Bu qızıllar Fondun Bakıdakı binasında xüsusi anbarda külçələr şəklində saxlanılır.
Marja.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəyində bildirilir.
31 dekabr 2020-ci il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun balansında 6 milyard 170,8 milyon dollar dəyərində 101 ton 801 kq qızıl olmuşdu. Beləliklə, hesabat ilində qiymətin düşməsi nəticəsində qızıl külçələrin dəyəri 278,1 milyon dollar (472,8 milyon manat) azalıb.
"Fondun investisiya portfelinin gəlirliliyi hesablanarkən qızıl alt portfeli nəzərə alınmamış, hesabat ilində qızıl alt portfelində dəyişiklik eyni dövrlə müqayisədə qiymətin azalması fonunda baş vermişdir ki, bu da Fondun büdcədənkənar xərclərində 472,8 milyon manat ekvivalentində özünü göstərmişdir", - Rəydə bildirilir.
ARDNF-nin inzibati binası – “SOFAZ Tower” müasir texnoloji yenilikləri və Azərbaycan xalçaçılıq məktəblərinin qədim tarixini özündə birləşdirən unikal layihədir. Bina Heydər Əliyev prospekti 165 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)

