“SOCAR Türkiyə”də görüş keçirilib
SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan STAR Neft Emalı Zavodunun Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən “Global Lighthouse” şəbəkəsinə daxil edilməsinin və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olmasının əhəmiyyətindən bəhs edib.
Mikayıl Cabbarov qardaş Türkiyə iqtisadiyyatının inkişafına SOCAR-ın mühüm töhfə verdiyini məmnunluqla vurğulayıb və Türkiyə İxracatçılar Məclisinin “2021-ci il ixracat çempionları” nominasiyasında “SOCAR Türkiyə”nin 8-ci yerə layiq görülməsinin böyük uğur olduğunu qeyd edib.
Həmçinin görüşdə iştirak edən SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf, SOCAR-ın dünyada mövcud çağırışları daim diqqətdə saxladığını və öz müəssisələrində təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqinə üstünlük verdiyini bildirib.
Rövşən Nəcəf SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edərək, “SOCAR Türkiyə”nin rəqəmsallaşma sahəsində əldə etdiyi uğurların bu strategiyanın əsas tərkib hissəsi olduğunu vurğulayıb.
Sonra nümayəndə heyəti “SOCAR Türkiyə”nin ofisində Azərbaycanın neft salnaməsindən bəhs edən muzeydə olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
- 40 d. əvvəl
-
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
17 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Ən çox oxunanlar
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























