Azərbaycanda 9 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Bunlar "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Xalq Bank", "Bank of Baku", "Express Bank", “Azərbaycan Sənaye Bankı” və “Günay Bank” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə ümumilikdə 41,624 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (15,68 milyon manat), ən aşağı göstərici isə “Günay Bank”da (187 min manat) qeydə alınıb.
2 bankın mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 6-da sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Bunlar “Azərbaycan Sənaye Bankı”, “PAŞA Bank”, “Bank of Baku”, “Express Bank” və “Kapital Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Qalan 3 bankdan 2-nin – “Azərbaycan Beynəlxalq Bankı” və “Xalq Bank” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Günay Bank” ASC isə bu ilin 3 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Bu ilin 3 ayında mənfəət vergisi ödəməmiş 17 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)


















