“Bravo”ları idarə edən şirkət daha da böyüyüb, gəlirləri artıb
“Bravo” supermarketlərini idarə edən “Azərbaycan Supermarket” MMC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin gəlirləri 59 milyon 774 min manat və ya 11,6% artaraq 572 milyon 690 min manata çatıb. 2020-ci ildə “Azərbaycan Supermarket”in gəlirləri 512 milyon 916 min manat təşkil etmişdi.
Ötən il “Azərbaycan Supermarket”in 572 milyon 690 min manat cəmi gəlirlərə qarşı cəmi xərcləri 637 milyon 696 min manat təşkil etdiyindən, MMC ili 65 milyon 6 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2020-ci ili 46 milyon 929 min manat xalis zərər ilə bağlamışdı. Qeyd edək ki, “Azərbaycan Supermarket” “Bravo” şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində böyük investisiyaları ilə əlaqədar olaraq xərcləri gəlirlərini üstələyir.
"Azərbaycan Supermarket" MMC 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq bütün nəzərdə tutulan tikinti və yenidən qurma lahiyələri üzrə 50 milyon 695 min 875 manat xərcləyəcəyini açıqlamışdı.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC 533 milyon 602 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 465 milyon 945 cəmi aktivlərə malik idi.
İŞÇİLƏRİNİN SAYI ARTIB
31 Dekabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” şirkəti 4896 nəfər işçiyə malik olub. Şirkət 2021-ci ilin 1-ci rübünün sonunda 4520 nəfər işçiyə malik idi. Ötən ilin 9 ayı ərzində “Azərbaycan Supermarket”in işçilərinin sayı 376 nəfər artıb.
"Azərbaycan Supermarket" MMC-nin payçıları "İdeal Biznes Ko." MMC (500 pay), "Yevro Standard" MMC (500 pay) və "Fly Group" MMC (1000 pay) şirkətləridir.
Xatırladaq ki, "Azərbaycan Supermarket" MMC ötən il istiqrazlarının yerləşdirilməsi üsulu ilə 20 milyon manat cəlb edib.
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 42 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Rəsmi məzənnələr açıqlandı
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib






.jpg)
.jpg)











