Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda ən çox bu markaların telefonları satılır - Smartfon istehsalçılarının bazar payları açıqlandı

"Samsung" ölkənin mobil telefon bazarında lider olaraq qalır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda ən çox bu markaların telefonları satılır - Smartfon istehsalçılarının bazar payları açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin iyun ayında Azərbaycanın mobil telefonları bazarında "Samsung"un payı may ayı ilə müqayisədə 0,76 faiz bəndi azalıb.

"Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin iyulun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 41,7% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1 faiz bəndi azdır.

Populyarlığına görə "Samsung" ölkənin mobil telefon bazarında lider olaraq qalır.

Bu ilin iyun ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı may ayı ilə müqayisədə 0,36 faiz bəndi artıb. Bu göstərici bu ilin iyulun 1-nə olan məlumata görə 34,1% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 0,4 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 17,2% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı bu ilin iyununda (may ayı ilə müqayisədə) 0,77 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2,77 faiz bəndi çoxdur.

Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 3,86%, “Realme” – 0,67%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 0,5%, "Lenovo" – 0,26%, “Tecno” – 0,19%, LG – 0,21%, "Nokia" – 0,15% və s.

İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© APA

04.07.2022 13:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18