“Gənclər narkotiklərə YOX deyirlər!” mövzusunda yürüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan “İnsan ekologiyası : Gənclər narkotiklərə YOX deyirlər! yürüşünün təşkili” mövzusunda layihəyənin icrası uğurla başa çatıb.
İctiami Birlikdən verilən məluumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lənkəran və Astara rayonlarının seçilmiş məktəblərində iki mərhələdə həyata keçirilib.
Layinənin birinci mərhələsi çərçıvəsində Lənkəran şəhər 8 saylı tam orta məktəbi və Astara rayonu Suparibağ kənd orta məktəbinin yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminarlar təşkil olunub.
Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev, eləcə də, Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru Aslan İbrahimov , Astara rayonu Suparibağ kənd orta məktəbinin direktoru Nazənin Məmmədova müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər.
Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük rolu vardır. Hər iki məktəbdə təşkil olunan seminarlarda fəal iştirak edən məktəblilərdən ibarət qruplar yaradılıb və onlar layihənin ikinci mərhələsindəndə iştirak etmək üçün seçiliblər. Layihənin ikinci mərhələsi –məktəblilərin yürüşü Lənkəran-Astara mağistral avtomobil yoiunun kənarında gerçəkləşib. Əyinlərində üzərində “Narkotiklərə YOX!” yazısı olan mayka və papaq geymiş, əllərində “Gənclər narkotiklərə YOX deyirlər!” plakatı və dövlət bayraqlarını tutmuş gənclər yol boyu yürüş edərək, “Narkotiklərə YOX deyirik!”, “Biz sağlam həyat tərzin seçirik!” və s. şüarlar səsləndirməklə daha çox insanın diqqətini əsrin bəlasına çevrilmiş narkomaniyaya qarşı birgə mübarizəyə çəkməyə çalışıblar. Məktəblilərin yürüşü yol bolu hərəkət edən avtomobil sürücüləri, eləcə də ətraf kəndlərin sakinləri tərəfindən maraqla qarşılanıb. Yürüşü seyr edən vətəndaşlar gənclərlə həmrəy olduqlarını ifadə ediblər. Eyni zamanda məktəblilər onlara narkotiklərlə mübarizəyə dair məlumat xarakterli materiallar da paylayıblar.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
7 saat əvvəl
Qızıl Trampın FED sədri namizədliyindən sonra ucuzlaşmaqda davam edir
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
12 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
12 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
Ən çox oxunanlar
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















