Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal neft hasilatı iyunda artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal neft hasilatı iyunda artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının iyun ayında may ayı ilə müqayisədə gündəlik 690 min barel artaraq 99 milyon 500 min barrelə çatdığını bildirib.

İEA-nın iyun ayı üçün açıqladığı “Neft Bazarı Hesabatı”nda, hasilatın artmasına Rusiya, ABŞ və Kanadanın yüksək hasilatının səbəb olduğu bildirilib.

"Beynəlxalq sanksiyalara baxmayaraq, Rusiyanın dayanıqlılığı iyun ayında dünya neft tədarükünü artırıb və əməliyyat problemləri və vətəndaş iğtişaşları səbəbindən başqa yerlərdə azalmaların kompensasiyasına kömək edib", - hesabatda deyilir. 

Hesabata görə, iyun-dekabr ayları arasında qlobal neft hasilatının 1 milyon 800 min barel artması gözlənilir. OPEC+ ölkələrində gündəlik hasilatda 380 min barel artımın gözlənildiyi qeyd edilib.

Eyni dövrdə OPEC+ üzvü olmayan ölkələrdə gündəlik hasilatın 1 milyon 400 barel artması gözlənilir. 

IEA yüksək qiymətlərin və pisləşən iqtisadi mühitin neftə mənfi təsir göstərməyə başladığını bildirərək qlobal neft tələbini aşağıya doğru yenidən nəzərdən keçirib. IEA bu ​​il qlobal neft tələbinin 99 milyon 200 min barel civarında olacağını proqnozlaşdırıb.

13.07.2022 14:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18