Dövlət bankının xalis mənfəəti kəskin artıb
"Azər-Türk Bank" ASC 2022-ci ilin birinci yarısını 812 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 81,2% artıb."Azər-Türk Bank" ASC 2022-ci ilin birinci yarısı üzrə (yanvar-iyun dövrü) maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, cari ilin ilk 6 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 740 min manat və ya 60,4% artaraq 23 milyon 219 min manat təşkil edib. 2021-ci ilin 1-ci yarısında Bankın cəmi əməliyyat gəlirləri 14 milyon 479 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə "Azər-Türk Bank"ın faiz gəlirləri 4 milyon 294 min manat və ya 43,1% artaraq 14 milyon 252 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 446 min manat və ya 98,3% artaraq 8 milyon 967 min manat təşkil edib.
2022-ci ilin ilk 6 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 839 min manat və ya 54,5% artaraq 22 milyon 231 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın cəmi əməliyyat xərcləri 14 milyon 392 min manat təşkil etmişdi.
"Azər-Türk Bank"ın faiz xərcləri 1 milyon 680 min manat və ya 58,7% artaraq 4 milyon 541 min manat, qeyri-faiz xərcləri isə 6 milyon 159 min manat və ya 53,4% artaraq 17 milyon 690 min manat təşkil edib. Xərclərin artması ümumi, inzibati və digər xərclərin artması ilə əlaqədardır.
"Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirlərinin 8 milyon 740 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 7 milyon 839 min manat artıb. "Azər-Türk Bank"ın filial şəbəkəsinin genişləndirilməsi və rəqəmsal filialların istifadəyə verilməsi layihəsini həyata keçirdiyindən xərclərində artım yaranır.
2022-ci ilin ilk 6 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (23 milyon 219 min manat) cəmi əməliyyat xərclərini (22 milyon 231 min manat) üstələdiyindən Bankın 989 min manat əməliyyat mənfəəti yaranıb. Bank mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 177 min manat ayırdığından 2022-ci ilin birinci yarısını 812 min manat xalis mənfəət ilə başa vurub. "Azər-Türk Bank" ötən ilin eyni dövrünü 448 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 81,2% artıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2022-ci il tarixində "Azər-Türk Bank" 598 milyon 969 min manat cəmi aktivlərə, o cümlədən 286 milyon 740 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 407 milyon 328 min manat cəmi aktivlərə, o cümlədən 233 milyon 592 min manat kredit portfelinə malik idi.
Bank tərəfindən müştərilərə verilmiş kreditlər 53 milyon 148 min manat artaraq 286 milyon 740 min manata, o cümlədən istehlak kreditləri portfeli 33 milyon 446 min manat artaraq 111 milyon 118 min manata, biznes kreditləri portfeli 2 milyon 871 min manat artaraq 48 milyon 810 min manata, ipoteka kreditləri portfeli 16 milyon 831 min manat artaraq 126 milyon 812 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində "Azər-Türk Bank" ASC 53 milyon 171 min manat məcmu kapitala malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
-
- 12 d. əvvəl
- 17 d. əvvəl
-
20 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
“Azərlotereya”da yeni təyinat
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb





















