“Kapital Bank” maliyyə vəziyyətini açıqladı - 6 AYDA 127 MİLYON MANAT XALİS MƏNFƏƏT

“Kapital Bank” ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 127 milyon 71 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 99 milyon 772 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında “Kapital Bank”ın xalis mənfəəti 27 milyon 299 min manat və ya 27,4% artıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında “Kapital Bank”ın faiz gəlirləri 64 milyon 532 min manat və ya 28,5% artaraq 291 milyon 307 min manat, qeyri-faiz gəlirləri isə 52 milyon 42 min manat və ya 38% aratraq 189 milyon 41 min manat təşkil edib.
2022-ci ilin ilk 6 ayı ərzində "Kapital Bank" ASC-nin cəmi əməliyyat gəlirləri 480 milyon 348 min manat, cəmi əməliyyat xərcləri 256 milyon 122 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 224 milyon 226 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 60 milyon 744 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırılıb və 36 milyon 410 min manat mənfəət vergisi ödənilib. Beləliklə, "Kapital Bank" ilk 6 ayı 127 milyon 71 min manat xalis mənfəət ilə bağlayıb.
Qeyd edək ki, 2021-ci ilin ilk 6 ayı ərzində "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 363 milyon 774 min manat, cəmi əməliyyat xərcləri 183 milyon 456 min manat, əməliyyat mənfəəti 180 milyon 318 min manat təşkil etmişdi.
2021-ci ilin İyun ayının sonu ilə müqayisədə "Kapital Bank"ın cəmi aktivləri 1 milyard 892 milyon 336 min manat artaraq 30 iyun 2022-ci il tarixində 7 milyard 606 milyon 111 min manata, o cümlədən müştərilərə verilmiş kreditlər 838 milyon 138 min manat artaraq 3 milyard 136 milyon 51 min manata yüksəlib.
"Kapital Bank"da depozitlər 1 milyard 677 milyon 841 min manat artaraq 6 milyard 88 milyon 250 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 671 milyon 819 min manat artaraq 1 milyard 904 milyon 792 min manata, hüquqi şəxslərin depozitləri 1 milyard 6 milyon 22 min manat artaraq 4 milyard 183 milyon 458 min manata yüksəlib.
30 İyun 2022-ci il tarixində "Kapital Bank" ASC 628 milyon 181 min manat məcmu kapitala malik olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
