2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib
İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Dövlətimizin başçısı 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzinin açılışını edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN xidmət” Mərkəzində yaradılan şərait barədə məlumat verib.
Bildirildi ki, hazırda Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.
Qeyd edilib ki, 2 saylı Sumqayıt regional Mərkəzi üçün dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları yaradılıb. Fasadlarda müasir texnologiyalardan istifadə edilib.
Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq.
Məlumat verilib ki, Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri və 2 lift quraşdırılıb.
Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, habelə "YAŞAT" Fondunun fəaliyyəti barədə məlumat əldə etmək mümkündür. Həmçinin regionlarda startapların inkişafını dəstəkləmək məqsədilə burada “INNOLAND” mərkəzi fəaliyyət göstərəcək.
Ülvi Mehdiyev Prezident İlham Əliyevə 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzində yaradılan ASAN müraciət, Rəqəmsal dövrdə dövlət xidmətləri və Mərkəzləşdirilmiş kart tədarükü sistemləri barədə məlumat verib.
Bildirilib ki, ASAN müraciət sistemi ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən informasiya sistemidir.
Qeyd olunub ki, Mərkəzdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və xidmətlərin göstərilməsində reaktiv və proaktiv modellərə keçidin təmin edilməsi məqsədi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən G2C, G2B və G2G formatında bir çox layihələr həyata keçirilib. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən formalaşdırılan layihələrin ümumi sayı 25-dən çoxdur.
Həmçinin diqqətə çatdırılıb ki, müasir dövrdə plastik kartların yayılması və müxtəlif sahələrdə istifadəsinin genişlənməsi onların tədarükünə olan marağı daha da artırıb. Plastik kartların operativ şəkildə hazırlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması məqsədi ilə ölkəmizdə Mərkəzləşdirilmiş Kart Tədarükü prosesinin başladılması zərurəti yaranıb.
Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
- 15 d. əvvəl
- 22 d. əvvəl
-
-
32 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 33 d. əvvəl
-
34 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 46 d. əvvəl
- 50 d. əvvəl
-
53 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
























