
Azercell-ə 2 milyondan çox müraciət
Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94% təşkil edir. Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb.
(®) 5 milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir.
Cari ilin birinci yarısının nəticələrinə əsasən Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. Telefon mərkəzinə daxil olmuş 1.4 milyon zəng ortalama ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə çox yüksək göstəricidir.
Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın müraciəti isə Azercell-in rəsmi Facebook, Instagram, Twitter, LinkedIn və YouTube səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.
Eyni zamanda, sözügedən dövr ərzində Azercell-in Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.
Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və xidmətlərə qoşulma ilə bağlı olub.
Xatırladaq ki, Azercell müştərilərə göstərilən xidmət səviyyəsi və müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 gün sonra
-
4 saat əvvəl
İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
5 saat əvvəl
“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
-
6 saat əvvəl
İclas keçiriləcək, "NORM" şirkətinin strateji layihələrinə dair müzakirələr aparılacaq
- 7 saat əvvəl
-
8 saat əvvəl
İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nepalda sosial media qadağası ilə bağlı etirazlarda azı 14 nəfər ölüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İtaliya ilə iqtisadi əməkdaşlığn genişləndirilməsi müzakirə olunub

“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib


ABB-İnvest və Bank of Baku-dan yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
Ən çox oxunanlar

Başlamasına artıq sayılı günlər qaldı

İllik gəlirliliyi 11,5% olan istiqrazlara abunə yazılıı başlayır

Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb

AZAL Maldiv adalarına uçuşları bərpa edir

Birjalarda son vəziyyət
