PAŞA Holding Ağdamın dirçəlişinə töhfə verməyə davam edir
2020-ci ildən etibarən, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, ölkəmizin bütün nümayəndələrinin əsas məqsədləri arasında əsas yerlərdən birini Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək təşkil edir.
Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən bu sahədə fəaliyyətləri ilə fərqlənir və hazırda bu fəaliyyətini davam etdirir.
“PAŞA Holding və onun maliyyə törəmə şirkətləri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir. Bu layihələr çərçivəsində Ağdam rayonunda yerləşən infrastruktur nümunələrinin də bərpası və konservasiyası nəzərdə tutulub. Bunlar arasında Ağdam Cümə məscidi və Qiyaslı kənd məscidinin bərpası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması prosesləri yer alır” - PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.
Qeyd edək ki, Ağdam Cümə məscidinin bərpası istiqamətində artıq bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, İlkin inşaat zamanı tikintidə istifadə olunmuş materialların analizi aparılıb; Məscidin içində torpaq qatının bərpası işləri yerinə yetirilib. İbadət otağının duzsuzlaşdırılması işləri aparılır, eləcə də Bərpa materiallarının təchizatı və sahəyə çatdırılması işləri hazırda aparılmaqdadır. Bundan əlavə, layihə çərçivəsində Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, yeni tikililərin inşası və ətraf ərazinin abadlaşdırılması da həyata keçirilir.
Qeyd edək ki, Ağdam rayonunda aparılan bərpa proseslərinin 2023-ci ilin iyun ayında tamamlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 18 d. əvvəl
-
- 28 d. əvvəl
- 48 d. əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
14 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU





.jpg)




.jpg)







