Gəncənin su və kanalizasiya sistemi yenidən qurulacaq - 49,5 MİLYON MANATLIQ SİFARİŞ
"Azərsu" ASC “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması ilə əlaqədar keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, tenderin qalibi “Maqro Construction" MMC-nin Azərbaycan Respublikasındaki filialı və "AKM Yapı Taahhüt Sanayti ve Ticaret Şirketi” Birgə Müəssisəsidir.
"Azərsu" qalib müəssisə ilə məbləği 49 milyon 476 min manat olan müqavilə bağlayıb.
Həmçinin "Azərsu" ASC Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşıdırıb. Tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti" MMC-dir. "Azərsu" qalib şirkət ilə məbləği 5 milyon 115 min manat olan müqavilə imzalayıb.
Bundan başqa, "Azərsu" ASC Bilgəh və Goradil qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması ilə bağlı tenderi də yekunlaşdırıb. Tenderin qalibi "Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialıdır. "Azərsu" qalib qurum ilə məbləği 6 milyon 387 min manat olan müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 23 d. əvvəl
-
-
33 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 34 d. əvvəl
-
35 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 47 d. əvvəl
- 51 d. əvvəl
-
54 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir


























