Asiyada LNG qiymətləri artmaqda davam edir
“Qazprom”un “Şimal axını” ilə tədarükün dayandırıldığını elan etməsindən sonra Asiyada LNG qiymətləri artmaqda davam edir. Asiyada qazın tədarükü üzrə fyuçerslər 1000 kubmetr üçün 2400 dollara yüksəlib.
2024-cü ilin yanvarında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə ən bahalı Asiya fyuçerslərinin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 66,675 dollara və ya 1 min kubmetr üçün təxminən 2,4 min dollara yüksəlib.
Marja xəbər verir ki, bunu CME Group məlumatları (Japan Korea Marker, Yaponiya, Cənubi Koreya, Çin və Tayvan adasına LNG tədarükünü qiymətini əks etdirir) göstərir.
“Qazprom”un avqustun 31-dən sentyabrın 2-dək “Şimal axını” ilə tədarükün dayandırıldığını elan etməsindən sonra, eləcə də inkişaf etmiş ölkələr, o cümlədən Yaponiya və Cənubi Koreyanın bazarda alış üçün gərgin rəqabət aparmaları fonunda Asiyada LNG qiymətləri artmaqda davam edir. Ölkələr qışdan əvvəl ehtiyatları artırmağa çalışırlar.
LNG və digər enerji daşıyıcılarının qiymətlərinin artması idxalçı ölkələrdə tariflərin artmasına səbəb olur. Yaponiyada sentyabr ayında orta hesabla elektrik enerjisi qiyməti ilin əvvəlindən 24%-ə yüksələcək.
Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiya mayeləşdirilmiş qazın Rusiyadan tədarükü üçün uzunmüddətli müqavilələrə malikdir ki, bu da onu kəskin qiymət artımlarından qismən qoruyur.
Kifayət qədər valyuta ehtiyatı olmayan və uzunmüddətli müqavilələr əsasında böyük həcmdə LNG-yə malik olmayan inkişaf etməkdə olan ölkələr üçün çətin vəziyyət yaranır. Məsələn, Amerika Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutunun analitiklərinin qeyd edir ki, iyul ayında Pakistanın dövlət şirkəti LNG-nin alınması üçün tender elan edib, lakin inkişaf etmiş ölkələrin daha yüksək qiymət təklif etməyə hazır olmaları səbəbindən tenderə bir dənə də olsun müraciət olmayıb. Nikkei qəzetinin yazdığına görə, Pakistan və Banqladeş yanacaq çatışmazlığı nəticəsində elektrik enerjisinin kəsilməsi ilə üzləşib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
1 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq
Ən çox oxunanlar

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
