Honda və LG Energy litium-ion batareya istehsalı zavodu tikəcək
Avtomobil istehsalçısı Honda, Şimali Amerika bazarında elektriklə işləyən avtomobilləri akkumulyatorlarla təchiz etmək üçün LG Energy Solution şirkəti ilə birgə müəssisə yaratdıqlarını açıqlayıb. 2025-ci ildə ABŞ-da kütləvi istehsala başlayacaq zavodun investisiya həcmi 4,4 milyard dollardır.
Yaponiyanın avtomobil nəhəngi Honda və Cənubi Koreyada yerləşən ən böyük avtomobil akkumulyatoru istehsalçılarından biri olan LG Energy Solution şirkəti, ABŞ-da 4,4 milyard dollarlıq sərmayə ilə litium-ion akkumulyator istehsalı müəssisəsi quracaq.
Marja xəbər verir ki, yaradılan birgə müəssisə zavodun tikintisinə 2023-cü ilin əvvəlində başlamağı və 2025-ci ilə qədər litium-ion batareya elementlərinin kütləvi istehsalına başlamağı hədəfləyir. İki şirkətin məqsədi Şimali Amerika bazarını batareyalarla təmin etməkdir.
Honda şirkətinin baş icraçı direktoru Toşihiro Mibe bildirib ki, "Honda, elektrik avtomobillərinin kritik komponenti olan elektrik avtomobil akkumulyatorlarının yerli tədarükünə sadiqdir".
Digər bir Yapon texnologiya şirkəti Panasonic, Oklahoma ştatını, Tesla üçün batareyalar təmin edəcək litium-ion batareya zavodunun yeri olaraq gördüyünü açıqlayıb Bu, Yapon elektronika istehsalçısının Kanzasda 4 milyard dollarlıq zavod üçün keçən ay elan etdiyi plandan əlavə yeni bir investisiya olaraq elan edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 14 saat əvvəl
-
15 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
