Shell-in baş direktoru Avropada enerji böhranı ilə bağlı xəbərdarlıq edib
Shell-in baş direktoru Ben Van Beurden xəbərdarlıq edib ki, Rusiya qaz tədarükünü məhdudlaşdırdığından Avropa yaxın illərdə yüksək elektrik ödənişləri ilə çətin bir dövr keçirə bilər.
Avropanın neft nəhəngi Shell-in baş direktoru Ben Van Beurden (Ben Van Beurden) Norveçin Stavanger şəhərində keçirilən konfransda jurnalistlərə açıqlama verib.
Marja-az-ın məlumatına görə, Beurden bildirib ki, Rusiya qaz nəqlini daha da kəsərsə, Avropa ölkələri yaxın bir neçə qışı yüksək elektrik enerjisi ödənişləri ilə keçirə bilər.
Beurden keçən ay bildirib ki, enerji bazarları yalnız bu ilin qalan hissəsi üçün deyil, gələn ilə qədər tədarükün məhdud və qiymətlərin dəyişkən olduğu üçün çətin şəraitdə olmağa davam edəcək.
Rusiya Ukraynanı işğal edib qaz axını kəsdikdən sonra Avropada enerji qiymətləri bir il əvvəllə müqayisədə 6 dəfə artıb. Avropa İttifaqına üzv ölkələr enerji qiymətlərini aşağı salmaq üçün indiyədək yardım paketlərinə təxminən 280 milyard avro (278 milyard dollar) ayırıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 d. əvvəl
-
-
19 d. əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
1 saat əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
1 saat əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti
