Rusiyanın neft və qaz hasilatı bu il azalacaq
Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib ki, sanksiyalara görə Rusiyada neft hasilatı bu il 2021-ci ilə nisbətən 2 faiz, təbii qaz hasilatı 7 faiz, kömür hasilatı isə 6 faiz azalacaq.
Marja xəbər verir ki, Şulqinov Rusiyanın TASS xəbər agentliyinə açıqlamasında Qərb ölkələrinin geniş sanksiyalar tətbiq etdiyi Rusiyanın enerji sektoru ilə bağlı qiymətləndirmələr edib.
Rusiyanın bu il neft hasilatını azaldacağını bildirən Şulqinov, “Neft hasilatı hazırda artmaqdadır, lakin biz hasilatın ilin sonuna kimi keçən ilə nisbətən 2 faiz azalacağını gözləyirik. Mövcud tendensiyadan asılı olaraq neft emalı zavodunun neft məhsulları istehsalı da 8 faiz azalacaq”, - deyib.
Ölkədə təbii qaz hasilatının da azalacağını bildirən Şulqinov, "Təbii qaz hasilatındakı azalma 7 faiz səviyyəsində olacaq. Boru kəmərləri ilə ixrac azalacaq, mayeləşdirilmiş təbii qaz (LNG) ixracı ötən ilki səviyyədə qalacaq", - bildirib.
Avropa Birliyinin (AB) embarqosu səbəbindən Rusiyanın kömür hasilatının bu il 2021-ci ilə nisbətən 6 faiz azalacağını qeyd edən Şulqinov, “Kömür ixracımıza göstərilən maraq bizi nikbinləşdirir. Çin, Hindistan və Yaxın Şərq alışlarını artırır, ona görə də böyük azalma gözləmirik. Ola bilsin ki, logistika problemlərinə görə keçənilki səviyyələrə çata bilməyək, amma çata bilməsək də yaxın olacağıq”, - ifadələrdən istifadə edib..
Fevralın 24-də başlayan Ukrayna müharibəsindən sonra Qərb ölkələri xüsusilə Rusiyanın enerji sektoruna qarşı bir sıra sanksiyalar tətbiq edib.
ABŞ və bəzi Avropa İttifaqı ölkələri sanksiyalar çərçivəsində Rusiyanın enerji ehtiyatlarının idxalını dayandırsa da, bəzi ölkələr bu resursların idxalını azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























