Güclü dollar ABŞ üçün pisdir?
Allianz SE-nin baş iqtisadi müşaviri və Bloomberg rəyinin müəllifi Mohamed El-Erian, "Dollar digər valyutalara nisbətən daha da bahalaşdıqca, qlobal staqflyasiya riski bir o qədər artır. Bu, son nəticədə ABŞ iqtisadiyyatına mənfi təsir edəcək" deyib.
"Allianz SE"nin baş iqtisadi müşaviri və Bloomberg-in yazarı Mohamed El-Erianın fikrincə, dolların bahalaşması ABŞ-da inflyasiya ilə mübarizəyə kömək etsə də (milli valyutanın güclənməsi idxal inflyasiyasını azaldır), bu, qlobal iqtisadiyyata mənfi təsir göstərə və daha sonra ABŞ iqtisadiyyatı üçün mənfi hal ola bilər.
Marja xəbər verir ki, dollar indeksinin 2000-ci illərin əvvəllərindən bəri ən yüksək səviyyəyə qalxdığına diqqət çəkən El-Erian, bu hərəkətin avro və sterlinqdəki ucuzlaşma ilə bağlı olduğunu bildirib. Avro və funt-sterlinqin ucuzlaşması əsasən Avropadakı enerji böhranı ilə əlaqədardır.
Avropa iqtisadiyyatının enerji təchizatı problemlərinə ABŞ-dan çox daha həssas olduğunu vurğulayan El-Erian dolların bahalaşmasının təəccüblü olmadığını bildirib. El-Erian, daha əvvəl bu cür hərəkətlərin “siyasi reaksiyaya” səbəb olacağını və sonra digər ölkələrin valyutalarını daha rəqabətli etmək üçün qəsdən devalvasiya edəcəklərini bildirib.
“Qlobal staqflyasiya son nəticədə ABŞ-a mənfi təsir edəcək”
Dolların bahalaşmasının "anti-inflyasiya" təsirlərinin ABŞ iqtisadiyyatını hələlik rahatlaşdıracağını bildirən El-Erian, bu yüksəlişlə əlaqədar qlobal iqtisadiyyatın mümkün mənfi təsirləri barədə xəbərdarlıq edib.
“Dolların digər valyutalara nisbətdə bahalı olması nə qədər uzun və yüksək olarsa, qlobal staqflyasiya riski, inkişaf etməkdə olan ölkələrdə borc problemləri, malların sərhədlərdən sərbəst hərəkətinə daha çox məhdudiyyətlər, kövrək iqtisadiyyatlarda daha böyük siyasi qarışıqlıq və daha böyük geosiyasi münaqişələr riski də bir o qədər artar. Bütün bunlar son nəticədə ABŞ iqtisadiyyatına təsir edəcəkdir”, -El. -Erian deyib.
Staqflyasiya - inflyasiya və işsizliyin eyni anda baş verməsi halını ifadə edir. Bu zaman iqtisadi inkişaf yavaşlamağa və işsizlik səviyyəsi yüksəlməyə başlayır.[1] Başqa perspektivdən, bir iqtisadiyyatda inflasiya yüksəkdirsə buna rəğmən iqtisadiyyat böyüyə bilmirsə, yəni sıfıra yaxın real böyümə müşahidə edilirsə, o iqtisadiyyatda staqflyasiya (inflasiya içində durğunluq) halının mövcudluğu güman edilir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
28 d. əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
49 d. əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
59 d. əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətdə "bəzi səhmdarların paylarının geri alınması" üçün yığıncaq keçiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp ABŞ-a idxal olunan ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq etdi
Son Xəbərlər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
Ən çox oxunanlar

Rusiyanın məhdudiyyətləri fonunda neft bahalaşıb

Çin şirkətinin nümayəndə heyəti ilə görüş baş tutub, ARDNF "hazırıq" mesajını verib

Bosch 13 min işçisini ixtisar edəcək

Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
