"Qazprom" məsuliyyəti "Siemens"in üzərinə yıxır
“Qazprom”un baş direktorunun müavini Vitali Markelov bildirib ki, “Şimal axını 1” qaz kəmərindəki nasaz avadanlıq "Siemens Energy" şirkəti tərəfindən təmir edilməyincə, qazın Avropanın ən böyük kəməri ilə nəqli mümkün olmayacaq.
Ən böyük qaz tədarükçüsü olan Rusiya qaz axınını kəsdikdən sonra Avropa tarixinin ən ciddi təbii qaz böhranı ilə üzləşib. Təbii qaz tədarükünün azalması ilə elektrik enerjisi və qaz qiymətləri bir neçə dəfə artıb.
“Qazprom”, Avropanın əsas qaz təchizatı kəməri olan “Şimal axını 1” xəttindən qaz nəqlini kompressor stansiyalarından birində sızma baş verdiyinə görə dayandırıb.
Marja xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumuna səfəri zamanı Reuters agentliyinə danışan “Qazprom”un baş direktorunun müavini Vitali Markelov, "Şimal axını 1" ilə qaz nəqlinin nə vaxt başlayacağı ilə bağlı suala, "Siemens-dən soruşmalısınız. Onlar əvvəlcə avadanlıqları təmir etməlidirlər" deyib.
Münhendə yerləşən "Siemens Energy" şirkəti bu gün yaydığı açıqlamada “Qazprom”un probleminə heç bir məna verə bilmədiklərini qeyd edib.
Siemens bildirib ki, Portovaya kompressor stansiyasında işləyən sonuncu turbinin mühərrikindən yağ sızması boru kəməri ilə nəqlin dayandırılmasını tələb etmir.
Siemens Energy-nin açıqlamasında deyilir:
"Bizə verilən məlumata əsasən əməliyyatları dayandırmaq üçün heç bir texniki səbəb olmadığını qiymətləndirdik. Bu cür sızmalar turbinin dayandırılmasına səbəb ola bilməz".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
18 d. əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
59 d. əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
-
2 saat əvvəl
“PAŞA Bank” nüfuzlu “İNMerge” innovasiya sammitinin platin sponsorudur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
3 saat əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır
Ən çox oxunanlar

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
