Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dollar indeksinin düşməsi avro, funt və frankın bahalaşmasına səbəb olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar indeksinin düşməsi avro, funt və frankın bahalaşmasına səbəb olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cümə axşamı Avropa Mərkəzi bankının uçot faiz dərəcəsinin 0.75 bənd artırılmasından sonra mətbuat konfransında sədr Kristin Laqard ilin əvvəlindən avronun 12%-dən çox dəyər itirdiyini açıqladı. Məzənnənin ucuzlaşması səbəbi ilə avronun alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində enerji daşıyıcılarına daha çox xərc tələb olunması, inflyasiyanın yüksəlməsinin əsas səbəbi kimi qeyd olundu.  

FED sədri Jerom Povelin Katon İnstitutunda təşkil olunan konfransda etdiyi çıxışda inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində faiz artımlarının davam edəcəyini bildirdi. Gələn həftə ABŞ-da inflyasiya göstəricilərinin açıqlanmasından sonra 21 sentyabrda FED-in uçot faizini 0.50 bənd və ya 0.75 bənd artıracağını müəyyən edəcək. 

Böyük Britaniyada kraliçanın vəfatı ilə əlaqədar 10 günlük matəm elan olunub. Növbəti həftəyə planlaşdırılan İngiltərə bankının faiz qərarını açıqlaması daha sonrakı həftələrdə elan olunacaq. 

Bazarlarda dollar indeksinin 108.50 bənd səviyyəsinədək ucuzlaşması avro, funt, yen və frankın bahalaşmasına səbəb olub. 

Bu gün Bakı vaxtı ilə 16.30-da açıqlanacaq Kanada da məşğulluq göstəriciləri haqqında məlumatlar investorların diqqət mərkəzində olacaq. 

1720$ qədər bahalaşan qızıl hal-hazırda 1719$ səviyyələrində ticarət olunur. Artım tendensiyasının davam edəcəyi gözlənilir. 1725$ səviyyəsinin qırıldıldığı təqdirdə 1730$ və 1735$  səviyyələrinədək artım ola bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

09.09.2022 10:19

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18