Avqustda ABŞ-da inflyasiya proqnozları üstələyib
Avqustda ABŞ-da inflyasiya illik 8,5 faizdən 8,3 faizə düşsə də, gözlənilən 8,1 faizdən çox olub. Bu vəziyyət FED-in faizlərini daha da yüksəldəcəyinə dair gözləntiləri gücləndirib.ABŞ-da inflyasiya avqust ayında gözləniləndən yüksək olub.
Marja xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, illik inflyasiya 8,5 faizdən 8,3 faizə düşüb. Aylıq inflyasiya da 0,1 faiz təşkil edib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu illik inflyasiyanın 8,1 faiz olacağı istiqamətində idi.
İnflyasiya proqnozları üstələsə də, ikinci ayda illik müqayisədə səngiyib.
İyun ayında ölkədə inflyasiya son 40 ilin ən yüksək səviyyəsi olan 9,1 faizə çatmışdı. Bu gün açıqlanan məlumatlar da FED-in üçüncü dəfə faizlərini 75 bənd artıracağı ehtimalını gücləndirib.
İnflyasiyanın sürətlənməsi göstərir ki, benzinin ucuzlaşmasına baxmayaraq, ev təsərrüfatları üçün yaşayış minimumu inadla yüksək olaraq qalır.
FED sədri Jerome Powell keçən həftə FED-in qiymət sabitliyini təmin etmək üçün lazımi addımları atacağını qeyd edərkən, digər səlahiyyətlilər də tarixən yüksək faiz artımını dəstəkləyən açıqlamalar verib.
"Wells Fargo"nun iqtisadçısı Jay Bryson Bloomberg-ə bildirib ki, "növbəti iclasda faizlərin 75 bənd artıracağı məlumdur və noyabrda 50 bənd artım ola biləcəyini düşünülürdü. İndi noyabrda 75 bəndlik artım ola bilər" deyib.
ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılması üçün daha çox vaxt və qətiyyət tələb olunduğunu bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























