Azərbaycanın aparıcı metallurgiya şirkətinin xalis mənfəəti 40 dəfədən çox artıb
Azərbaycanın əlvan metallurgiya sənayesinin aparıcı şirkəti, həmçinin Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısı 30 milyon manatdan çox xalis mənfəət əldə edib.
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə tabe olan “Azəralüminium” MMC 2021-ci ili 30 milyon 76 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2020-ci ili 745 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azəralüminium”un xalis mənfəəti 40 dəfədən çox artıb.
Marja.az MMC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, satışdan gəlirlər 2020-ci ildə 172 milyon 821 min manat ikən, 2021-ci ildə 234 milyon 385 min manata yüksəlib.
31 Dekabr 2021-ci il tarixində “Azəralüminium” MMC 353 milyon 809 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 324 milyon 888 min manat cəmi aktivlərə malik idi.
“Azəralüminium” MMC Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq və rulon şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətdir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
19 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
19 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
