Azərbaycan “Starlink”dən internet ala bilərmi?
Ötən həftə amerikalı milyarder, “SpaceX” şirkətinin rəhbəri olan İlon Mask bəyan etdi ki, “Starlink” peykləri artıq dünyanı əhatə edib. Hətta Antarktidada da onun xidmətlərindən istifadə etmək olar.
Ən son məlumatlara görə, hazırda 2 300-dən artıq “Starlink” kosmosdadır və 500 mindən artıq aktiv abunəçiyə xidmət göstərir.
Layihəyə start verildiyi 2015-ci ildə isə peyklərin ümumi sayının 4 000-dən çox olacağı planlaşdırılırdı.
Bir sıra ölkələr artıq bu layihəyə qoşulmaq niyyətində olduqlarını açıqlayıblar. Məsələn, Gürcüstanın Milli Kommunikasiya Komissiyası iyunda məlumat yaymışdı ki, “SpaceX”la sıx əməkdaşlıq edilir, iyunun 29-da törəmə şirkət - “Starlink Georgia” yaradılıb. Qonşu ölkə "Starlink”in xidmətlərindən istifadə etməklə dağlıq rayonları və yaşayış məntəqələrini internetlə təmin etmək niyyətindədir.
Azərbaycanda da ölkə ərazisinin 60%-ə qədərinin dağlardan ibarət, ucqarlarda yaşayan vətəndaşların internetə çıxışının məhdud olduğunu nəzərə alaraq bu təcrübəni sınaqdan keçirmək mümkündür. Bununla belə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda nazirliyin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") peyk internet xidmətlərinin təqdim edilməsi ilə bağlı araşdırmalar aparır, amma hazırda “SpaceX”la hər hansı danışıqlar aparılmır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, Azərbaycan Ukraynadakı hadisələrdən nəticə çıxarmalı, "Starlink"dən istifadə etməlidir: "Ukrayna və digər ölkələrdə baş verən hadisələr göstərdi ki, hər an belə alternativlərə ehtiyac var. Dünyada qəbul olunan aksioma var: İnternet alternativliyi sevir. Ətrafımızda baş verənlər də onu göstərdi. Ukrayna ondan çox məharətlə istifadə elədi. Hətta hərbi məsələləri də bu yolla həll etdi. Bu böyük iş idi.
Odur ki, Azərbaycanın da yalnız ucqar ərazilərdə "Starlink"dən istifadə imkanlarını nəzərdən keçirməsi doğru olardı. Dövlət xərclərin az olması baxımından da bu layihəyə qoşulmaqda maraqlı olmalıdır. Digər tərəfdən də strateji əhəmiyyət daşıyan sahələrdə də bu alternativlərdən də istifadə edilməsi doğru olardı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “SpaceX” şirkəti ilə əlaqə qurması və ona münbit şərait yaratması milli maraqlar baxımından da uyğundur”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
19 d. əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
1 saat əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
1 saat əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
-
1 saat əvvəl
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
Ən çox oxunanlar
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti


























