Apple-ın dəyəri 183 ölkənin illik milli gəlirindən yüksəkdir
"Apple"ın bazar dəyəri təxminən 750 milyard dollardır. Bu məbləğ, Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir.
Dünyanın öndə gedən texnologiya şirkətlərindən biri olan "Apple", mobil cihazlarda cığır açan cib telefonu markası "iPhone"un bazara çıxmasının 10-uncu ilini qeyd edir. Şirkət bu telefonların satışından təkcə ötən il 136,7 milyard dollar gəlir əldə edib.
"Marja"nın "Apple" şirkətinin hesabatlarından topladığı məlumatlara görə, şirkətin qurucusu Stiv Cobs, "iPhone"u bundan 10 il öncə San-Fransiskoda təqdim etmişdi.
Cobsun "inqilabçı cib telefonu və mükəmməl bir internet rabitəsi cihazı" kimi təsvir etdiyi "iPhone" qısa bir müddətdə dünyada böyük əks-səda doğurdu və maraq gördü. "iPhone" sayəsində "Apple" şirkəti də sürətlə böyüyərək yüksək qazanc əldə edib.
Keçən il "Apple"ın gəliri 215,6 milyard dolara çatıb, bunun təxminən 63,5%-ni və ya 136,7 milyard dolları "iPhone" satışları ilə təmin olunub. Şirkətin mənfəəti 2006-da təxminən 2 milyard dollar ikən, ötən il 46 milyard dollara yüksəlib.
Şirkətin bazar dəyəri təxminən 750 milyard dollarla Azərbaycanın da içində olduğu 183 ölkənin illik milli gəlirindən yüksəkdir. Bu dəyər, ABŞ-ın enerji şirkəti "Exxon Mobil"in dəyərindən iki dəfə, "General Electric"in dəyərindən isə üç dəfə çoxdur.
1-ci nəsil iPhone: 29 İyun 2007
iPhone 3G: 10 İyun 2008
iPhone 3GS: 8 İyun 2009
iPhone 4: 21 İyun 2010
iPhone 4S: 11 Oktyabr 2011
iPhone 5: 21 Sentyabr 2012
iPhone 5C və 5S: 21 Sentyabr 2013
iPhone 6 ve 6 Plus: 26 Sentyabr 2014
iPhone 6S ve 6S Plus: 9 Sentyabr 2015
iPhone SE: 31 Mart 2016
iPhone 7 ve 7 Plus: 16 Sentyabr 2016
iPhone 8: 2017-ci ilin Sentyabr ayında çıxacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)
