SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası təkmilləşdirilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, birinci mərhələdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin idarə etdiyi “ASAN Login”ə veb-səhifə üzərindən SİMA ilə giriş imkanı yaradılmışdı. Təkmilləşdirmə işləri nəticəsində vətəndaşlar artıq mobil telefonda da SİMA ilə bu sistemə daxil ola bilərlər. Bunun üçün mobil cihazın veb-brauzerində “ASAN Login” sisteminə giriş edərkən “SİMA imza ilə” bölməsinə keçid edib “Daxil olun” düyməsinə klik edərək bir neçə saniyədə əməliyyatı yekunlaşdırmaq olar.
İstifadəçilər mobil cihazlar üzərindən “ASAN Login” sisteminə daxil olmaq üçün SİMA mobil tətbiqini yükləmiş və qeydiyyatdan keçərək rəqəmsal imzanı əldə etmiş olmalıdırlar.
Prosesi həyata keçirmək üçün hazırlanmış təlimat videosu ilə linkə keçid edərək tanış olmaq mümkündür.
Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla buraya inteqrasiya olunmuş 90 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.
SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”, “e-Sosial”, “e-Agro”, “e-Satınalma”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi və s. üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə bilərsiniz. Hazırda qeyd olunan portallar üzərindən təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasına dair inteqrasiya davam edir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 42 d. əvvəl
-
-
2 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
2 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
3 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
3 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
Ən çox oxunanlar
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir






.jpg)







.jpg)









