Azərbaycan şirkəti beynəlxalq tenderdə qalib gəlib
Azərbaycanın aparıcı informasiya texnologiyaları (IT) şirkətlərindən biri olan “Neuron Technologies”, Dünya Bankı tərəfindən maliyyələşdirilən beynəlxalq tenderin qalibi olub.
Azərbaycan şirkəti Dünya Bankının "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən keçirilən “Müasir veb-resurslar və texnologiyalar vasitəsilə informasiyanın təqdim edilməsi və hidrometeoroloji xidmət proseslərinin avtomatlaşdırılması sisteminin yaradılması” layihəsinin icrasını həyata keçirəcək. Layihənin icrası bir il ərzində həyata keçiriləcək və növbəti 5 il ərzində “Neuron Technologies” şirkəti texniki dəstək xidmətlərini təmin edəcək.
Şirkətdən bildirilib ki, layihə çərçivəsində texniki avadanlıqların təchizi və quraşdırılması, müvafiq proqram təminatının işlənib hazırlanması, Qırğız Hidrometin korporativ veb-portalının müvafiq hidrometeoroloji sistemlərlə inteqrasiyası işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Dünya Bankı və Qırğızıstan Hidrometeorologiya Agentliyi tərəfindən birgə qiymətləndirilən bu beynəlxalq rəqabətli prosesdə “Neuron Technologies” şirkətinin təqdim etdiyi tender təklifi digər iddiaçı şirkətlər arasında texniki cəhətdən ən mükəmməl və kommersiya cəhətdən ən münasib olaraq seçilib. Sevindirici haldır ki, Almaniya, Rusiya, Qazaxıstan, Qırğızıstanın IT şirkətlərinin iştirak etdiyi bu beynəlxalq tenderdə məhz Azərbaycan şirkəti qalib gəlib.
Qeyd edək ki, şirkətin rəhbəri İsmayıl Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti iyulun 11-də Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi ilə müqavilənin imzalanması və layihənin icrası prosesinə start verilməsi məqsədilə Bişkek şəhərinə səfər edəcək.
“Neuron Technologies” şirkəti proqram təminatı həllərinin işlənib hazırlanması, sistem inteqrasiyalarının tətbiqi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun qurulması üzrə ixtisaslaşıb və son illər Azərbaycanda və bir sıra xarici ölkələrdə informasiya idarəetmə sistemlərinin, proqram təminatı həllərinin tətbiqi üzrə uğurlu layihələr həyata keçirib. Şirkətin “Made in Azerbaijan” brendi altında xarici ölkələrə ixracının miqyası genişlənməkdədir və Şərqi Avropa, MDB və Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionları əsas ixrac istiqamətləri olaraq müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
























