ABB-nin dəstəyi ilə sahibkarlar üçün tədbir keçirilib
(®) ABB-nin Sahibkarlar Klubunun dəstəyi, Azərbaycan Korporativ İş Adamları Birliyinin AKİAB Akademiyasının təşkilatçılığı ilə sahibkarlar üçün tədbir keçirilib. Pullman otelində təşkil edilən tədbir "Ənənəvi və müasir idarəetmə sistemləri" mövzusuna həsr olunub.
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif biznes qurumlarının təmsilçiləri burada öz təcrübələrini bölüşüblər. İdarəetmə, satış, rəqəmsallaşma, marketinq, françayzinq və s. mövzularda maraqlı təqdimatlar olub. Biznesdə yeni idarəetmə həllərinə diqqət yönəlib. İştirakçılara ABB-nin Sahibkarlar Klubunun fəaliyyəti barədə də geniş məlumat verilib. Tədbirdə EY Azərbaycan şirkətinin təmsilçiləri də iştirak edərək sahibkarlara “EY İlin İş Adamı” müsabiqəsində fəal iştirakı təklif ediblər.
ABB-nin Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, sahibkarlar arasında korporativ əlaqələrin qurulması, təcrübə mübadiləsi məqsədilə bu cür faydalı layihələr davam etdiriləcək: “ABB olaraq biz ölkəmizdə biznes ekosisteminin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyirik. Bizneslərə maliyyələşmə istiqamətindən əlavə digər sahələrdə də kömək göstərməyə çalışırıq. Bankımızın Sahibkarlar Klubunun əsas məqsədlərindən biri budur”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
18 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 21 d. əvvəl
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 39 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)
.jpg)







.jpg)






