Bu gün Bakıda Avrasiya İqtisadi Forumu işinə başlayır
Bu gün Bakıda Verona Avrasiya İqtisadi Forumu öz işinə başlayır.
Marja.az Tass-a istinadən xəbər verir ki, Forumda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı gözlənilir. Tədbirdə “Rosneft”in rəhbərləri İqor Seçin və “Novatek”in rəhbərləri Leonid Mixelson, “İntesa Bank”ın rəhbəri Antonio Falliko, VTB-nin prezidenti Andrey Kostin, digər şirkət və maliyyə təşkilatlarının rəhbərləri, sahibkarlar, analitiklər, siyasi və ictimai xadimlər, diplomatlar iştirak edəcəklər.
Forum iştirakçıları qlobal enerji problemlərini, Avropanın enerji təhlükəsizliyini, qlobal geosiyasətdə biznesin rolunu və Atlantik okeanından Sakit okeana qədər iqtisadi əməkdaşlığın yaradılmasını müzakirə edəcəklər. Bundan əlavə, forum çərçivəsində “Azərbaycan - Avrasiya iqtisadi əməkdaşlığının əsas qovşağı və onun Aİİ ilə əlaqələrində perspektivlər” adlı xüsusi sessiyanın keçirilməsi, o cümlədən yeni iqtisadi əməkdaşlıq şəraitində maliyyə sektorunun işinə dair müzakirələrin aparılması planlaşdırılır.
Forumun qlobal mövzusu “Avrasiya yeni geosiyasi və sosial-iqtisadi nizama doğru yolda: yeni insan yönümlü iqtisadiyyata keçid”dir.
XV Verona Avrasiya İqtisadi Forumunun məqsədi Avrasiyada biznes dialoqunu təşviq etməkdir. Təşkilatçıların fikrincə, bu il tədbirə ev sahibliyi etmək üçün Bakının seçilməsi təsadüfi deyil: müasir Azərbaycan dünya miqyasında layiqli və əhəmiyyətli nüfuz qazanıb, təsirli ticarət-iqtisadi potensialı təsdiqləyib.
"Azərbaycanın paytaxtı ona görə seçilib ki, coğrafi baxımdan Avrasiya məkanının Atlantik və Sakit okean arasında yerləşən mərkəzi hissəsində, Avropa və Asiyanın sərhəddində yerləşir, tarixən ticarət yollarının kəsişdiyi yerdir. Sürətlə dəyişən dünyada , bu məkan bütün planetin təhlükəsizliyini və rifahını təmin etmək üçün xüsusi əhəmiyyət kəsb edir”, - deyə “Avrasiyanı tanı” Assosiasiyasının prezidenti Antonio Falliko izah edib.
15-ci Verona Avrasiya İqtisadi Forumu Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, “Avrasiyanı tanı” qeyri-kommersiya assosiasiyası və Roskonqres Fondunun təşkilatçılığı ilə keçirilir.
Tədbir 28 oktyabrda da davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
10 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq




















