“Şuşa. Zirvədən uca” və “Şuşa. Qarabağın ulduzu” kitablarının təqdimatı baş tutdu
(®) 2 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində PAŞA Həyat şirkətinin dəstəyi ilə “Şuşa. Zirvədən uca” və “Şuşa. Qarabağın ulduzu” adlı kitabların təqdimatı keçirilib.
Yeni nəşrlər Azərbaycanın heyrətamiz güşəsi olan Şuşa haqqındadır və “PAŞA Həyat Sığorta” ASC və İRS Nəşriyyat Evinin 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.
Bildirək ki, İRS silsiləsi çərçivəsində ərsəyə gələn kitablar cəmiyyətimizin və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunur.
Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, PAŞA Həyat şirkətinin sədri Niyaz İsmayılov, İRS Nəşriyyat Evinin baş redaktoru əməkdar jurnalist Musa Mərcanlı, AMEA prezidenti İsa Həbibbəyli, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli, Milli Məclisinin deputatı Qənirə Paşayeva, digər mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Mədəniyyət naziri Anar Kərimov sözügedən kitabların önəmindən danışıb: "Bu il Şuşa ilə bağlı bu cür kitabların nəşri ölkəmizdə cənab Prezident tərəfindən "Şuşa İli"nin elan edilməsi ilə bağlıdır. Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir. Şuşanın mədəni mərkəz kimi, müqəddəs məkan kimi təbliğinin kitablarda, kataloqlarda da əksini tapması vacib və əhəmiyyətlidir".
Nazir çıxışından sonra “İrs” Nəşriyyat Evinin rəhbəri Musa Mərcanlını "Şuşa-270" döş nişanı ilə təltif edib.
PAŞA Həyat şirkətinin sədri Niyaz İsmayılov öz çıxışında bildirib ki: “Yüksək keyfiyyəti ilə seçilən kitabların ərsəyə gəlməsindəki rolumuzla, cəmiyyətə olan vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə qürur duyuruq. İlk kitabların hazırlanması əzəli torpaqlarımızın mənfur düşmən işğalı altında olduğundan çətinliklərlə əmələ gəlib. İndi isə azad torpaqlarımız, şəhərlərimiz haqda sərbəst yaza və çəkiliş edə bilirik. Bu materiallar dünya miqyaslı təbliği ilə bizim informasiya müharibəsində olan nailiyyətlərimizdəndir. Bundan sonra da əlimizdən gələni edəcəyik və bu cür fəaliyyətimizi davam edəcəyik”, - deyə bildirib.
Qeyd edək ki, Azərbaycan-ingilis və Azərbaycan-rus dillərində hazırlanan kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, maddi-mədəni abidələri, işğal dövründə məruz qaldığı dağıntılar və azadlığa qovuşması zəngin mətn və fotofaktlarla təqdim olunub.
PAŞA Həyat və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək 13 kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə” kitablarıdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
3 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 27-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır


















