"Bakıdakı taksilərin əksəriyyəti tələblərə cavab vermir, nəzarət üçün qanunvericilikdə dəyişiklik edilir"
Bakıda qanunsuz sərnişindaşımanın səbəbi icazə sisteminin, fərqlənmə nişanının olmamasıdır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, hazırda fərqlənmə nişanı Bakı şəhəri üzrə 20% təşkil edir.
“Diqqət etsək avtomobillərin, sürücülərin tələb olunan standartlara cavab verməməsini görürük. Dünyada icazə və lisenziyanın olmadığı şəhər yoxdur. İcazənin əhəmiyyəti ondan ibarətdir ki, bu fəaliyyətlə məşğul olması üçün müəyyən tələblər olur, bu tələblərə cavab verən şəxslər icazəni aldıqdan sonra fəaliyyət göstərirlər.
Fəaliyyətdə olan taksilərə baxsaq əksəriyyəti bu tələblərə cavab vermir. Buna nəzarət etmək üçün qanunvericilikdə dəyişiklik edilməsini gözləyirik. Bununla bağlı aidiyyatı nazirliklərlə bir ildir müzakirə aparılır. Çox böyük əhaliyə toxunduğu üçün yaxın vaxtlarda layihənin son variantını görə bilərik”, - deyə nazir müavini əlavə edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)












