Bakıda ilk dəfə “Vergi və Mühasibatlıq Zirvəsi” keçiriləcək
Ölkəmizdə ilk dəfə fərqli formatda 11 mart 2023-cü il tarixində “Vergi və Mühasibatlıq Zirvəsi” (Tax and Accounting Summit) baş tutacaq.
Zirvənin vergi və mühasibatlıq sahəsi üzrə müzakirə, çıxış və sual-cavab hissələrindən ibarət olmaqla bütöv gün ərzində davam etməsi planlaşdırılır.
“Baku Marriott Boulevard” hoteldə 500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirin hədəfi mühasib peşəsinin gələcəyinin, mühasibatlığın şirkət strukturunda yerinin, yeni normalın yaratdığı qeyri-müəyyənlik halında bu peşəyə tələbin müzakirə olunduğu platforma rolunu oynamaqdır.
Zirvənin keçirilməsində əsas məqsədlərdən biri də yeniliyin innovativ həlləri diktə etdiyi, paralel olaraq qanunların yeniliyi izlədiyi dövrümüzdə mühasiblərin rolunun, təkcə mühasibatlıq və vergi ilə məhdudlaşmayan, həm də maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu, sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsinin, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmaqdır.
Zirvənin ana hədəf kütləsi kiçik və orta biznes subyektlərində çalışan mütəxəssislər, mühasib və vergilərdən məsul şəxslər, rəhbərlərdir. Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə çalışan 40 minə yaxın mühasibin əksəriyyəti KOB-larda çalışmaqdadır. O səbəbdən KOB-ların bu istiqamətdə maariflədirilməsinə, onları maraqlandıran məsələlərin müzakirə və həllinə ölkə iqtisadiyyatının inkişafı üçün daha çox ehtiyac var. KOB-larla yanaşı iri biznes vahidləri, holdinqlər, beynəlxalq şirkətlərdən spiker və iştirakçıların olması da nəzərdə tutulub.
Rəqəmlər biznesin özü, güzgüsüdür. Ritm isə ahəngdarlıq, müntəzəmlik, ölçü, ardıcıllıq və uzlaşmadır. Biznesin gedişatını, düz və səhvlərini rəqəmlərin ritmi müəyyən edir. Bütün bu gedişata, ahəngə və ritmə rəqəmlərlə toxunan, rəqəmləri hesabata toxuyan isə mühasibdir. Bir sıra aparıcı şirkətlərin, dövlət qurumlarının dəstəyi, tanınmış ekspert və mütəxəssislərin iştirakı ilə keçiriləcək “Vergi və Mühasibatlıq Zirvəsi”nin də məhz bu səbəbdən ana devizi “Rəqəmlərin Ritmi!”dir.
Rəqəmsallaşaraq böyüyən, qloballaşaraq bütünləşən müasir biznes modeli gələcəyin mühasibinə çağırış edir! Azərbaycanımızın ilk “Vergi və Mühasibatlıq Zirvəsi” məhz bu çağırışın nəticəsidir!
Qeyd edək ki, “Vergi və Mühasibatlıq Zirvəsi” illik ənənəvi bir çox biznes tədbirlərin təşkilatçısı “Facemark” və maliyyə, mühasibatlıq sahəsində öncül konsaltinq şirkətlərindən olan “Good Finance” şirkəti tərəfindən təşkil edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
-
16 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
25 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 30 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit






















