ABB 9, 10, 11-сi sinif şagirdləri üçün Riyaziyyat Yarışmasına qeydiyyatı elan etdi!
(®) İstedadlara dəstəyi ilə ölkəmizin gələcəyinə töhfə verən ABB gənclər üçün möhtəşəm yarışma elan edib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə keçirilən ABB Riyaziyyat Yarışmasının məqsədi riyaziyyat sahəsində xüsusi istedadı olan gəncləri üzə çıxarmaq, onların informasiya texnologiyalarına marağını artırmaq və bu sahədə inkişaflarına kömək göstərməkdir.
ABB Riyaziyyat Yarışmasında Azərbaycanda təhsil alan bütün 9, 10, 11-ci sinif şagirdləri iştirak edə bilər. Yarış 3 mərhələdən ibarət olacaq. Qeydiyyatdan keçmiş şagirdlər birinci mərhələdə onlayn imtahan verib 10 riyazi sualı cavablandıracaqlar. İkinci mərhələnin imtahanı onlayn formatda, xüsusi müşahidə platformasının tətbiqi ilə təşkil ediləcək. İkinci mərhələdə ən yüksək bal toplamış iştirakçılar müsahibə mərhələsində iştirak edəcəklər. Bu mərhələni uğurla başa vurmuş 30 nəfər Bakıda 10 günlük intensiv riyaziyyat təlimlərində iştirak imkanı qazanacaq. Regionlardan gəlmiş iştirakçıların bütün xərcləri qarşılanacaq. Təlimlərin sonunda final yarışı təşkil ediləcək. Nəticədən asılı olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri seçiləcək. 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat mükafat veriləcək. Yarışmanın təşkilinə beynəlxalq olimpiadalarda təcrübəsi olan yerli və xarici mütəxəssislər cəlb olunacaq.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB istedadlara dəstəyini bütün sahələrdə davam etdirir. ABB Riyaziyyat Yarışması orta məktəblərin yuxarı siniflərində təhsil alan gənclərimiz üçün böyük bir fürsətdir. Bu yarışmaya qatılacaq istedadlar arasından gələcək inkişafın peşəkar mütəxəssislərini seçmək istərdik. Əminik ki, yüksək riyazi biliklərə malik gənclərimiz bu yarışmaya böyük maraq göstərəcəklər və ABB Riyaziyyat Yarışmasında iştirak onların ən böyük uğurlarının başlanğıcı olacaq”.
Yarışmada iştirak üçün yanvarın 10-dək bu linkdə qeydiyyatdan keçmək olar: https://abbtech.az/
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
-
15 d. əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR











.jpg)



.jpg)









